Fransada daşqınlar: Luvr muzeyi bağlanır

Loing çayının səviyyəsi Nemours ərazisində daşqına səbəb olub.
Şəklin alt yazısı, Loing çayının səviyyəsi Nemours ərazisində daşqına səbəb olub.

Dünyanın ən çox ziyarətçisi olan muzeyi Luvr, Parisə leysan yağışların gətirdiyi güclü daşqınlar səbəbindən cümə günü bağlanacaq.

Bu, işçilərə imkan verəcək zədələnmək təhlükəsində olan işləri qalereyanın yuxarı hissələrinə daşısın, muzeyin yaydığı bəyanatda deyilir.

Paris boyunca axan və Luvrun yanınan keçən Sena çayı normal səviyyədən beş metr yüksəkliyə qalxıb.

Avropa boyunca güclü yağışlar 10 nəfərin ölümünə səbəb olub - onların çoxu Almaniyadandır.

Almaniyanın cənubunda 4 nəfər suda batıb, daha 2 nəfər itkin düşüb, minlərlə adam elektriksiz qalıb.

Fransanın mərkəzində baş verən daşqın bu bölgədə son bir əsrdə ən ağırı sayılır.

Daşğına məruz qalmış evlərdən birində yaşlı qadının cəsədi aşkar edilib.

Fransada minlərdə adam evlərini tərk etməyə məcbur olub.

Avropanın Fransadan tutmuş Ukrayanaya qədər uzanan hisəsində həftəsonu leysan yağışlar proqnozlaşdırılır.

Fransada təxminən 10,000 yaşayış evi eletriksiz qalıb.

Fransanın mərkəzində Chambord qəsri gölün üzündə əks olunur.
Şəklin alt yazısı, Fransanın mərkəzində Chambord qəsri gölün üzündə əks olunur.
Parisin Pont de l'Alma rayonunda Seine çayının səviyyəsi bu heykəlin postamentinədək qalxıb.
Şəklin alt yazısı, Parisin Pont de l'Alma rayonunda Seine çayının səviyyəsi bu heykəlin postamentinədək qalxıb.
Daşqına Almaniyanın Bavariya bölgəsində Simbach məntəqəsi də məruz qalıb.
Şəklin alt yazısı, Daşqına Almaniyanın Bavariya bölgəsində Simbach məntəqəsi də məruz qalıb.
Bavariyanın Triftern məntəqəsində xilasetmə işləri aparılır.
Şəklin alt yazısı, Bavariyanın Triftern məntəqəsində xilasetmə işləri aparılır.