Şri Lanka: torpaq sürüşməsində onlarla adam itkin düşüb

Böyük ərazidə torpaq sürüşməsi və daşqın baş verib.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Böyük ərazidə torpaq sürüşməsi və daşqın baş verib.

Şri Lankada xilasedicilər güclü leysan və torpaq sürüşməsindən sonra itkin düşmüş insanların axtarışı ilə məşğuldurlar.

Qırmızı Xaçın bildirdiyinə görə, ölkənin mərkəzindəki Kegalle bölgəsində üç kənd torpaq sürüşməsinə məruz qalıb. Nəticədə 200-dən çox ailənin palçıq altında qala bilməsindən ehtiyat edilir.

İndiyədək həmin ərazidə 13 cəsəd aşkar olunub.

Daha 3 cəsəd bölgənin başqa ərazilərində tapılıb.

Rəsmilərin bildirdiyinə görə, 150 adam xilas edilib, 60-dan çox ev palçıq altında qalıb.

Rəsmi məlumatlara əsasən, 3 gün ərzində davam etmiş leysan yağışlar zamanı azı 32 adam həlak olub, 350 minə yaxın insan yaşayış yerlərini tərk etməyə məcbur olub.

Geniş ərazini əhatə edən torpaq sürüşməsi çərşənbə axşamı günörtadan sonra baş verib.

Xilasetmə işlərinə ordu qulluqçuları da cəlb olunub.
Şəklin alt yazısı, Xilasetmə işlərinə ordu qulluqçuları da cəlb olunub.
Ölkənin geniş ərazilərini su örtüb
Şəklin alt yazısı, Ölkənin geniş ərazilərini su örtüb