ABŞ-da quru qoşunlar naziri vəzifəsinə açıq gey təyin olunub

Ordu naziri Eric Faning quru qoşunların fəaliyyətinin əlaqələndirilməsilə məşğul olacq.
Şəklin alt yazısı, Ordu naziri Eric Faning quru qoşunların fəaliyyətinin əlaqələndirilməsilə məşğul olacq.

ABŞ senatı quru qoşunların fəaliyyətinin əlaqələndirilməsilə məşğul olan ordu naziri vəzifəsinə 47 yaşlı Eric Faning-i təyin olunub.

Beləliklə, Fanning ABŞ qoşun növlərindən birinə mülki rəhbər kimi başçılıq edəcək ilk açıq gey olub.

ABŞ prezidenti Barack Obama Eric Fanning-in bu vəzifəyə namizədliyini 2015-ci ilin sentyabr ayında irəli sürmüşdü.

Son 25 il ərzində o, Konqresdə və Pentaqonda müxtəlif vəzifələrdə çalışıb.

Bununla yanaşı Fanning Gay & Lesbian Victory Fund təşkilatının idarə heyətinə daxil olub.

Bu təşkilat qarşısına hakimiyyət orqanlarında açıq geylərin sayının artmasına nail olmaq məqsədi qoyub.

2011-ci ildə Barack Obama administrasiyası rəsmi olaraq “soruşma, danışma” siyasətini ləğv edib. Həmin siyasət çərçivəsində ABŞ ordusunda açıq gey və lezbiyanların qulluq çəkməsi qadağan olunurdu.

ABŞ-ın gey icması Fanning-in namizədliyinin nazir vəzifəsinə irəli sürülməsini alqışlamışdı.