Zimbabve öz dollarını çap edir

Şəklin mənbəyi, Getty

Zimbabve nəğd çatışmazlığı problemini həll etmək üçün ABŞ dollarının öz variantını çap etməyi planlaşdırır.

Mərkəzi bankın rəhbəri John Mangudya deyib ki, kağız əskinaz formasında olacaq nəğd Afrika İmport-Eksport bankının 200 milyonluq yardımı ilə çap edilir.

2, 5, 10 və 20 dollar əskinazların dəyəri ABŞ dolları ekvivalentlərinə müvafiq olaraq bərabər olacaq.

2009-cu ildə hiperinflasiya nəticəsində Zimbabvenin milli pulu - Zimbabve dolları (Z$) ən dəyərsiz pullardan biri hesab edilir.