İsveç mümkün “İslam Dövləti təhlükəsini” araşdırır

Şəklin mənbəyi, AFP
İsveçin kəşfiyyat xidməti olan Sapo, paytaxt Stockholm şəhərində mümkün terror təhlükəsini araşdırır, yerli media xəbər verib.
İraq rəsmiləri özünü İslam Dövləti adlandıran qruplaşmanın yeddi və ya səkkiz üzvünün İsveçə getdiya barədə ölkəni xəbərdar edib, qəzetlər yazır.
Sapo sözçüsü əldə olunmuş məlumatın təfərrüatları barədə şərh verməyib.
Lakin o, İsveç Radiosuna bildirib ki, məlumat “yoxlanılmaya” bilməzdi.
Milli təhlükəsizlik agentlikləri və polisin ayıq-sayıq olduğu deyilir, lakin Sapo bildirib ki, onlar bu cür xəbərləri “yetərincə tez-tez” alırlar.
Stockholm Skandinaviya ölkələrində ən böyük şəhərdir. Şəhərin təxminən 900 min sakini var.
