Şəkillərdə: Brüssel partlayışları

Brüsseldə törədilmiş silsilə partlayışlar nəticəsində azı 31 nəfər həlak olub, onlarla adam yaralanıb

Partlayışlardan sonra Belçika paytaxtında genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb.

Çərşənbə axşamı səhər tezdən Belçika paytaxtı Brüsseldə bir neçə partlayış baş verib. Ölkədə təhlükəsizlik tədbirləri sərtləşdirilib.
Şəklin alt yazısı, Çərşənbə axşamı səhər tezdən Belçika paytaxtı Brüsseldə bir neçə partlayış baş verib. Ölkədə təhlükəsizlik tədbirləri sərtləşdirilib.
Brüssel aeroportunda iki partlayış baş verib.
Şəklin alt yazısı, Brüssel aeroportunda iki partlayış baş verib.
Hər iki partlayış sərnişinlərin qeydiyyatdan keçmə zonasında törədilib.
Şəklin alt yazısı, Hər iki partlayış sərnişinlərin qeydiyyatdan keçmə zonasında törədilib.
Partlayışlardan əvvəl atəş və ərəbcə qışqırıqların eşidildiyi bildirilir.
Şəklin alt yazısı, Partlayışlardan əvvəl atəş və ərəbcə qışqırıqların eşidildiyi bildirilir.
Partlayış baş verəndən sonra aeroportdakı mənzərə. Foto Gürcüstan jurnalisti Ketevan Kardava tərəfindən çəkilib.
Şəklin alt yazısı, Partlayış baş verəndən sonra aeroportdakı mənzərə. Foto Gürcüstan jurnalisti Ketevan Kardava tərəfindən çəkilib.
Baş nazir Charles Michel Brüssel hücumlarını kəskin pisləyərək "zorakı və rəzil" kimi səciyyələndirib.
Şəklin alt yazısı, Baş nazir Charles Michel Brüssel hücumlarını kəskin pisləyərək "zorakı və rəzil" kimi səciyyələndirib.
Partlayışdan yaranmış zərbə dalğası aeroport şüşələrini pərəm-pərəm edib.
Şəklin alt yazısı, Partlayışdan yaranmış zərbə dalğası aeroport şüşələrini pərəm-pərəm edib.
Partlayışdan dərhal sonra sərnişinlər əllərindəki ağır yük və əşyaları ataraq aeroport binasını qaçaraq tərk ediblər.
Şəklin alt yazısı, Partlayışdan dərhal sonra sərnişinlər əllərindəki ağır yük və əşyaları ataraq aeroport binasını qaçaraq tərk ediblər.
Aeroportdakı partlayışlardan sonra Maelbeek metro stansiyasında da partlayış törədilib.
Şəklin alt yazısı, Aeroportdakı partlayışlardan sonra Maelbeek metro stansiyasında da partlayış törədilib.
Partlayış nəticəsində ölən və yaralananların sayı dəqiqləşdirilir. Metroda bəzi sərnişinlər hadisə yerini tunel vasitəsilə tərk ediblər.
Şəklin alt yazısı, Partlayış nəticəsində ölən və yaralananların sayı dəqiqləşdirilir. Metroda bəzi sərnişinlər hadisə yerini tunel vasitəsilə tərk ediblər.
Partlayışdan sonra Brüssel metropoliteni bağlanılıb. Londonla Brüssel arasında sərnişin daşımaları həyata keçirən Eurostar da işini dayandırıb.
Şəklin alt yazısı, Partlayışdan sonra Brüssel metropoliteni bağlanılıb. Londonla Brüssel arasında sərnişin daşımaları həyata keçirən Eurostar da işini dayandırıb.