ABŞ tələbəsi Şimali Koreyada həbs edilib

Şəklin mənbəyi, Reuters
ABŞ-dan olan tələbə Otto Warmbier Şimali Koreyada dövlətə qarşı cinayətə görə 15 il müddətinə azadlıqdan məhrub edilib.
21 yaşlı Warmbier oteldən təbliğat nişanını "oğurlamağa cəhd" etdiyi üçün saxlanılıb. O, Şimali Koreyaya yanvar ayında səfər etmişdi.
Daha sonra tələbə, dövlət televiziyasında görünərək günahını boynuna alıb və təbliğat nişanını geri gətirməyi ondan ABŞ-dakı kilsənin istədiyini deyib.
Şimali Koreya bəzən xarici vətəndaşların həbslərindən düşmənlərinə təzyiq üçün istifadə edir.

Şəklin mənbəyi, AFP
BBC-in Cənubi Koreyadakı müxbiri Stephen Evans bildirir ki, 15 illik cəza, keçmişdəki həbslərlə müqayisədə çoxdur.
Bu, hazırda ABŞ-la Şimali Koreya arasında mövcud olan gərginliklə əlaqədar ola bilər.
Virginia Universitetinin tələbəsi olan Warmbier 2 yanvarda, Şimali Koreyanı tərk etməyə hazırlaşarkən həbs edilib. O, “düşmənçilikdə” ittiham edilib.
