Almaniya miqrant prosesini sürətləndirir

Şəklin mənbəyi, Reuters
Almaniya hökümət koalisiyasının qərarından sonra mühacirət prosesini sürətləndirmək üçün planları açıqlayıb.
Kansler Angela Merkel deyib ki, mühacirətə az şansı olanlar üçün 5 xüsusi mərkəz açılacaq.
Xanım Merkelin Xristian Demokratlar partiyası və kiçik koalisiya tərəfdaşı Sosial Demokratlar həftələrdir bu mövzünü müzakirə edir.
Almaniya deyir ki, bu il ən azı 800 min mühaciri qəbul etməyə hazırdır.
Bundan öncə Avropa Komissiyası bildirib ki, 2017-ci ilin sonuna qədər 3 milyon miqrant Avropaya köçəcək.
Avropaya kütləvi miqrant axını Avropa İttifaqı ölkələrində böhrana səbəb olub.
Yeni mühacirət mərkəzləri təhlükəsiz hesab edilən ölkələrdən gələnləri qəbul edəcək. Həmçinin mühacirət hallarına bir ay ərzində deyil, bir həftə ərzində baxılacaqş
Appelyasiya şikayəti növbəti iki həftə ərzində verilə biləcək. Çoxları deportasiya edilə bilər.
Hazırda Avropaya əsasən Suriyadan olmaqla, İraq, Əfqanıstan, Eritreya və Somalidən insan axını davam edir.




