“Milyonlarla insan” Suriyanı tərk edə bilər

Bir çox suriyalı miqrant Avropa İttifaqına getmək üçün Türkiyədən keçməli olur

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Bir çox suriyalı miqrant Avropa İttifaqına getmək üçün Türkiyədən keçməli olur

Türkiyə Aİ-yə xəbərdarlıq edib ki, vətəndaş müharibəsi qızışdıqca daha çox qaçqın Suriyanı tərk edə bilər, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bildirib.

O deyib ki, Rusiya və İranın Suriyadakı iştirakı, prezident Bəşər əl-Əsədin qələbəsini mümkün edir.

Türkiyənin təxminlərinə görə, bu, Hələb və digər bölgələrdən daha üç milyon qaçqın deməkdir.

Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) bildirir ki, hələ ki, Suriyanı daha çox insanın tərk etməsinə dair məlumat yoxdur.

"Zorakılıq və artan hərbi fəallıq dinc sakinlərin köç etməsinə səbəb olur", İOM sözçüsü Leonard Doyle BBC-ə bildirib.

Onun sözlərinə görə, təşkilat hazırda bölgədə vəziyyəti nəzərdən keçirir. O əlavə edib ki, cənab Tusk-un şərhi “spekulyativdir”.