Alimlər: evlərdəki tozda 9 minədək mikrob var

Şəklin mənbəyi, ANNE MADEN ROBIN

Evlərdə olan adi tozun tərkibində orta hesabla 9 minədək müxtəlif mikrob növünə rast gəlmək olar, yeni elmi araşdırmanın nəticələri göstərir.

Amerikadakı Kolorado Universitenin tədqiqatçılarına əsasən, tozda aşkar olunmuş mikrobların bir qismi göbələk, digəri isə bakteriya növlərinə aiddir.

Mikrobların əksəriyyəti zərərsizdir, bəziləri isə sağlamlığa hətta müsbət təsir göstərə bilər.

Heyvan saxlanılan evlərdəki mikrobların müxtəlifliyi daha artıq olur.

Araşdırmanın nəticələri Proceedings of the Royal Society jurnalında dərc olunub.