Kardashian selfisinə görə xəbərdarlıq aldı

Şəklin mənbəyi, Getty

ABŞ-ın tibb vasitələrini də tənzimləyən Ərzaq və İçkilər Administrasiyası Kim Kardashianın sosial media vasitəsilə səhər halsızlığına qarşı preparatı reklam etməsini pisləyib.

Kardashian ötən ay internetdə yaydığı selfidə əlində sözü gedən dərman həblərinin şüşə flakonunu tutub və dərmanın xeyrindən bəhs edən mətn əlavə edib.

Dərman istehsalçısı Duchesnay sonradan etiraf edib ki, televiziya ulduzuna “öz təcrübəsini bölüşdüyünə görə” qonorar verib.

Lakin ABŞ-ın Ərzaq və İçkilər Administyrasiyası bildirir ki, mətndə dərmanın yan effektləri və fəsadları da qeyd olunmalı idi.

Administrasiya əczaçılıq məhsulları şirkətinə bu sayaq reklamı dayandırması üçün göstəriş verib.

Mümkün fəsadlar

Xanım Kardashianın postlarında əsas etibarilə onun “Diclegis” adlı bu dərmanla öz təcrübəsindən bəhs edilirdi. Postlarda deyilirdi: “Ən mühümü budur ki, araşdırmalar bu dərmanın körpələr üçün risk təşkil etmədiyini göstərib”

Xanım Kardashianın Tvitterdə 34 milyon davamçısı var

Şəklin mənbəyi, Twitter

Şəklin alt yazısı, Xanım Kardashianın Tvitterdə 34 milyon davamçısı var

O postuna həmçinin şirkətə məxsus xəbərdarlıq səhifəsinə link əlavə edib, lakin şəxsən özü potensial riski göstərib.

Kim Kardashianın tviti: Normal dozanın bir yan təsiri də dərmanın mürgü gətirməsidir. Dozanın aşılması isə baş gicəllənməsi, zehni çaşqınlıq və anormal ürək döyüntüsü kimi təsirlərə malik ola bilər.

"Bu sosial media postu aldadıcıdır, çünki burada “Diclegis” preparatının effektliliyinə dair iddiaların yer aldığı halda, risklər barədə heç bir məlumat verilmir” – deyilir administrasiyanın şöbə rəisi Robert Dean tərəfindən Kanadanın əczaçılıq firmasına göndərilmiş məktubda.

Xanım Kardashianın İnstagram-dakı postu silinməzdən əvvəl 467 min “like” toplamışdı.

Şəklin mənbəyi, Instagram

Şəklin alt yazısı, Xanım Kardashianın İnstagram-dakı postu silinməzdən əvvəl 467 min “like” toplamışdı.

"Yuxarıda göstərilən pozuntuların ciddi olması və təkrarlanması ilə əlaqədar biz rica edirik ki, bu pozuntulu reklam materiallarının ünvanlandığı auditoriyaya təqdim edəcəyiniz reklama doğru-düzgün, çaşdırıcı olmayan və bu məktubda göstərilən qeydləri özündə ehtiva edən məlumatları daxil edəsəsniz” – deyilir məktubda.

Cənab Dean israr edib ki, düzəlişlər “eyni mediadan” istifadə edilməklə orjinal mesaj kimi yayılmalı və xəbədarlıqların xanım Kardashianın də sosial media hesablarında veriləcəyi bildirilməlidir.

Xəbər verilir ki, Kardashianın selfisi Instargram və Facebook-dan silinsə də, onun buradakı postlarına link verən Twitterdə qalıb.

Kardashiandan bu məsələlərlə bağlı şərh almağın mümkün olmadığı bildirilir.

Lakin dərman firması, “Washington Post” qəzetinə bildirib ki, sözü gedən iradlara rəsmi cavab möhlət günü kimi təyin edilmiş 21 avqustdan əvvəl veriləcəkdir.

"Duchesnay firması Ərzaq və İçki Administrasiyasının məktubunda göstərilənlərlə əlaqədar çevik reaksiya üçün ciddi iş aparır və biz öz hərəkət planımızı administrasiyaya təqdim etmək üzərində çalışırıq” – deyə qeyd olunur şirkətin cavabında.

Səhiyyə xəbərdarlığı

Birləşmiş Krallıqda yalnız reseptlə verilən dərmanların reklamı qadağandır və hazırda ölkədə “Diclegis” preparatı yoxdur.

Bununla yanaşı Kral Farmasevtik Cəmiyyəti narahatlıq ifadə edib.

“Sosial media qlobal fenomendir və Birləşmiş Krallıqda da insanlar ABŞ məşhurlarının media hesablarını izləyə bilərlər” – deyib cəmiyyətin ictimaiyyətlə əlaqələr direktoru Neal Patel.

ABŞ-da reseptlə yazılan dərmanların Birləşmiş Krallıqda alınması mümkün deyildir, bu isə adamları dərmanların internetdə axtarılmasına və şübhəli mənbələrdən almağa cəhd göstərməsinə səbəb ola bilər.

Neal Patel məsləhət görür ki, səhhətinizlə bağlı narahatlığınızı həkimlərə bildirməlisiniz.