Hindistan: cadugərlik üstündə qadının başını kəsiblər

Şəklin mənbəyi, No credit
indistanın şərqində yerləşən Assam ştatı kəndlərinin birində yerli sakinlər yaşlı qadını cadugərlikdə ittiham edərək, başını kəsiblər.
Yerli polisin verdiyi xəbərə görə, kənd sakinləri 63 yaşlı qadını yerli camaat arasında xəstəlik yaymaqda ittiham edib.
Sonitpur rayonunun kənd camaatı tez-tez xəstələndiklərinin səbəbini həmin qadında görürdülər.
Yerli polis əməkdaşının BBC-ə bildirdiyinə görə, bəzi sakinlər "Purni Oranqı xəstəlik yaymaqda" itiham ediblər.
"Bundan sonra camaat omun ifritə olduğunu elan edərək öldürüb", polis əməkdaşı bildirib.
Qətl törətməkdə şübhəli bilinmiş 7 nəfər, o cümlədən, iki qadın, saxlanılıblar.
Polisin məlumatına görə, son yarım il ərzində Assam ştatında yerli sakinlərin cadugər və ovsunçu saydıqları 90-dək adam (əsasən qadınlar) yandırılıb, başı kəsilib və ya ölənəcən döyülüblər.
