Misir kurortunda köpəkbalığı alman turisti öldürüb

Şəklin mənbəyi, AFP
Misirdə Qırmızı Dəniz kurortu yaxınlığında nadir köpəkbalığı hücumu nəticəsində alman turist ölüb, polis deyir.
Məlumata görə, köpəkbalığı 52 yaşlı kişinin ayağını dizindən dişləyib.
Hücum bazar günü, əl-Qusair şəhərinin yaxınlığında baş verib. Son beş il ərzində ilk dəfədir ki, belə bir hadisə baş verir.
Köpəkbalığının növü barədə məlumat təsdiqlənməyib. 2010-cu ildə baş verən silsilə hücumlar nəticəsində məşhur Şarm əş-Şeyx kurortunun bir hissəsi bir həftəlik bağlanılmışdı.
Qahirədəki Almaniya səfirliyi deyib ki, ölüm barədə xəbərdardır lakin əlavə şərh vermək iqtidarında deyil.
