Kürdlərin son məqsədi

Aylar ərzində aparılan döyüşlərdən sonra kürd silahlıları Kobane şəhərinə nəzarəti bərpa etdilər

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Aylar ərzində aparılan döyüşlərdən sonra kürd silahlıları Kobane şəhərinə nəzarəti bərpa etdilər
    • Müəllif, Jonathan Marcus
    • Vəzifə, BBC-nin diplomatik müxbiri

Birinci Dünya Müharibəsinin başlanmasının 100 illiyini qeyd etmişik, qarşıdan isə daha bir əsrlik yubiley gəlir – Müttəfiqlərin Dardanel boğazına desant çıxarmalarının 100 illiyi.

O vaxt Britaniya, Avstraliya və Yeni Zelandiya qoşunlarının həyati əhəmiyyəti olan boğazları tutmaq cəhdi rüsvayçı uğursuzluqla nəticələnmişdi.

Lakin Birinci Dünya Müharibəsinin sonunda Türkiyə məğlub oldu və Osmanlı imperiyasının torpaqlarının əksəriyyəti qaliblər arasında bölüşdürüldü.

Məhz həmin müharibə Yaxın Şərqin müasir sərhədlərini hər hansı hadisədən daha çox cizgiləmişdir.

Xatalı iş

İraq və Suriyanın sərhədləri Britaniya və Fransa kimi müstəmləkəçi dövlətlər tərəfindən çəkilib və bu zaman onlara Osmanlı İmperiyasının əhəmiyyətli ərazilərindən pay düşüb. İndi isə bu sərhədlər İslam Dövləti (İD) adlı təşkilatın silahlı hərəkatı nəticəsində təhlükə ilə üzləşib.

Suriya, Türkiyə və İraqda icmaları olan, əksərən sünni müsəlman sayılan və bu sərhədlərdən çoxunun hər iki tərəfinə səpələnmiş kürdlər üçün indi çox böyük risk zamanıdır, lakin həm də çox böyük fürsət zamanıdır. Böyük rəmzi əhəmiyyətə malik Kobane şəhərini ABŞ və müttəfiqlərin dəstəyi ilə İD döyüşçülərindən geri alan kürdlər olublar. İraqın şimalında İD-lə cəbhə xəttininin genişlənməsinə yol verməyən də kürdlərdir.

Tarix kitablarında balaca hərflərlə yazılmış bəzi qeydlər də var. Məsələn, Birinci Dünya Müharibəsinin nəticə sazişlərindən biri olan Sevr müqaviləsində Osmanlı torpaqlarının bölüşdürülməsinin rəsmiləşdirilməsi zamanı kiçik də olsa kürd muxtariyyəti nəzərdə tutulmuşdu.

Lakin sonrakı və çox vaxt da təlatümlü tarixləri kürdləri müstəqillikdən kənara atdı. Onlar bu məqsədə ən çox Səddam Hüseyn rejimi devrildikdən sonra şimali İraqda idarə etdikləri yarımmuxtar ərazidə yaxınlaşıblar.

Şəklin mənbəyi, AFP

Kimdir kürdlər?

  • Sayları 25-30 milyon arasında olan kürdlər dağlıq regionda, Türkiyə, İraq, Suriya, İran və Ermənistanın sərhədləri üstündə məskun olublar.
  • Onlar Yaxın Şərqdə saylarına görə dördüncü böyük xalqdır, lakin heç vaxt daimi dövlətləri olmayıb.
  • Onların irq, mədəniyyət və dil vasitəsilə birləşən fərqli icmaları var, hərçənd vahid ədəbi dil standartına malik deyillər
  • Onlar müxtəlif din və təriqətlərə sitayiş etsələr də, əksəriyyəti sünni müsəlmanlardır

<link type="page"><caption> Həmçinin oxuyun: Kürdlər kimdir?</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2014/10/141023_who_are_kurds.shtml" platform="highweb"/></link>

Elə isə İslam Dövlətinin yüksəlişi və Bağdaddakı onsuz da səbatsız olan şiə çoxluqlu hökumətin zəifləməsi kürdlərə nə vəd edir? Mən bu sualı Beynəlxalq Böhran Qrupunun (İnternational Crisis Group ) Yaxın Şərq və Şimali Afrika üzrə proqram direktoru Joost Hiltermanna ünvanlayıram.

O mənə deyir ki, İD-in peyda olmasından əvvəl kürdlər öz regionlarına və həmçinin iddia etdikləri və “mübahisəli torpaqlar” adlanan geniş ərazilərə nəzarət edirdilər. “İndiyədək İslam Dövləti onları yalnız mübahisəli torpaqlarda sınağa çəkib və bütün döyüşlər də bu yerlərdə gedib” – deyir cənab Hiltermann.

Geniş mənada bütün bunlar kürdlərə əl verirdi. “Onlar ərazi qazanmışdılar, - deyir alim, - xüsusilə də Kərkük və ona bitişik neftli rayonları. Lakin onlar sülhü qazana bilməmişdilər”.

“Bu yerlər həmişə davalı olacaq, - deyir təhlilçi, - çünki əhalinin heç də hamısı kürd hegemonluğunda yaşamaq istəmir”. ABŞ-dakı Lehigh Universitetin-in beynəlxalq əlaqələr professoru Henri Barkey də Joost Hiltermann kimi regiona tez-tez baş çəkir və razılaşır ki, yaxın perspektivdə İD-in yüksəlişi kürdlərə mübahisəli ərazilər məsələsində birləşmək imkanı verib.

O deyir ki, bu, “kürd iddialarının Bağdadın itkiləri hesabına nisbi güclənməsinə səbəb olsa da, ümumilikdə İraqın zəifləməsi kürdlər üçün yaxşı heç nə vəd etmir, beləki onları siyasi sabitsizlik və qeyri-müəyyənlik qarşısında iqtisadi baxımdam kövrək edir”.

1915-ci il. Müttəfiqlərin donanması Dardanel boğazının girişlində.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, 1915-ci il. Müttəfiqlərin donanması Dardanel boğazının girişlində.

Kürdlər qapalı ərazidə məskundurlar və investisiya, ticarət münasibətləri, neft və qaz ixracının marşrutlarındakı sabitsizlik onları qeyri-mütənasib şəkildə təsirləndirir.

“Bütün bunlar kürd iqtisadiyatını daha da zəiflədib” – deyir professior Barkey.

İranın münaqişəyə Bağdad hökumətinin tərəfində getdikcə daha aşkar şəkil alan müdaxiləsi də professorun firkrincə, kürdlərin problemlərini artırıb.

“Bu müdaxilə nəinki məzhəb müharibəsini qızışdırır və hətta sabitlik və firavanlığın perspektivlərinə də zərbə vurmaqla , kürdləri heç şübhəsiz münaqişəyə çəkir” – deyir alim.

“Coğrafiyadan kənara çıxa bilməzsən”

O inanır ki, İran bu münaqişədəki iştirakından özünün uzunmüddətli siyasi üstünlüyü üçün faydalanmağa çalışır. Daha sonra cənab Hiltermann deyir ki, İranın münaqişəyə müdaxiləai kürdlərin öz arasındakı parçalanmaları gücləndirir və İranın strateji məqsədinə uyğun şəkildə kürd müstəqilliyinə əngəl törədir.

Dərin ixtilaflar

Elə isə həmin o müstəqillik istəyi necə olsun?

İraqda Peşmərgə döyüşüçüləri.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İraqda Peşmərgə döyüşüçüləri.

Professor Barkey deyir: “Müstəqillik ideyası pərdənin arxasındadır. Hamı bilir ki, bu, variantlardan biridir. Lakin bu ideya heç vaxt gerçəkləşdirilməyib və səbəbi də çox sadədir”.

“Kürdlər İraqın parçalanmasına bais olmuş xalq kimi görünmək istəmirlər. Buna görə də onlar əhalinin bütün başqa qrupları iraqlı olmaqdan əl çəkəndə müstəqil ola biləcəklər. Hələlik isə onlar, yalnız mübahisəli torpaqlarda birləşmək və mövcud xaosdan, xüsusilə də neft kimi məsələrədə daha yaxşı sövdələşmə əldə etmək barədə düşünə bilərlər” – deyir professor.

Cənab Hiltermann deyir: “İstək həmişə olacaq və bir çoxları tərəfindən açıq ifadə ediləcək, lakin kürdlərin statusu qarşıdan gələn müddətdə dəyişilməz olaraq qalacaq”.

“Onların realist şəkildə müstəqil olmaq şansları yoxdur” – deyir cənab Hiltermann.

Öz aralarında və müxtəlif dövlətlərin sərhədləri ilə parçalanmış kürdlərin taleyi regionun başqa ölkələri tərəfindən yönləndiriləcək. Türkiyə, İran və ABŞ şimali İraqda hökumətin dayaq məntəqəsi olan Ərbildə ortaq marağa malikdirlər və Bağdad hökuməti də bu məsələyə indi daha çox diqqət yönəldib.

Daha böyük sabitsizliyin ortaya çıxmaması üçün İraqın ərazi bütövlüyünün qorunmasına çalışılacaq. Ola bilsin ki, Böyük Müharibədən yüz il sonra kürd müstəqilliyi üçün daha geniş imkanlar yaranıb, lakin onların tam müstəqilliyi həmişə olduğu kimi uzaq perspektiv olaraq qalır. Həddən artıq çox böyük güclər bunun əleyhinədirlər.