İslam Dövləti təşkilatına qarşı müharibə rəqəmlərdə

Şəklin mənbəyi, AP
Altı ay ərzində İslam Dövlətinə qarşı hava hücumlarından nə əldə olunubʔ Burada təsvir olunan altı qrafika qarışıq görüntüləri nümayiş etdirir.
İcmal
Əməliyyata Xas Həll (Operation Inherent Resolve) - təxminən 60 ölkənin iştirakı ilə İslam Dövlətini "zəiflədərək məhv etmək" məqsədilə qurulmuş koalisiya - 2014-cü il avqustun 8-də İD mövqelərinə və növbəti ay Suriyadakı İD -ə qarşı hava hücumlarına başlayıb.
İslam Dövləti isə bazar günü Bağdadın şimalında yerləşən su bəndinə hücum etməyə nail olub və eyni zamanda, yeni münaqişə cəbhəsi olan Liviyada misirli xristianların boyunlarının vurulması videosunu nümayiş etdirib.
Biz İslam Dövlətinə qarşı əməliyyatın necə getdiyini izah edən rəqəmlərə baxırıq.
İD qüvvələrinin gücünun hesablanması kəskin şəkildə dəyişir, lakin orası məlumdur ki, bir çox döyüşçülər Cihadda iştirak etmək üçün İraq və Suriyaya başqa ölkələrdən gəliblər.

Şəklin mənbəyi, BBC World Service
Bu, hazırda İslam Dövləti tərəfindən nəzarət edildiyi bilinən ərazilərdir:

Şəklin mənbəyi, BBC World Service
2000-dən çox hava hücumu nəyə nail olubʔ
Koalisiya İraqda 700 kvadrat kilometr ərazini İD-dən geri alıb. Bu, ölkədə İD tərəfindən nəzarət edilən torpaqların bir faizini təşkil edir.

Şəklin mənbəyi, BBC World Service
Əməliyyatın məsrəfi

Şəklin mənbəyi, BBC World Service
ABŞ Müdafiə Departamentinin hesablamalrına görə, 2015-ci il 9 yanvara qədər olan xərclər 1.3 milyard dollar təşkil edir. Bu da, günlük təxminən 8.3 milyon dollar edir.
Lakin hətta bu belə İraq, Əfqanıstan və Pakistandakı ümumi müharibə xərclərinin kiçik bir hissəsini təşkil edir.
Əməliyyatın insan məsrəfi
Bizdə əməliyyat boyu insan tələfatına dair etibarlı statistika yoxdur - BMT, bunun həddən artıq çətin olunduğunu bildirərək Suriyada ölənlərin sayını hesablamağı bir il bundan əvvəl dayandırıb.
Və döyüşlərin sona çatacağı hələ ki, görünmür. ABŞ generalı John Allen münaqişəni "nəsillərin döyüşü" adlandırıb.




