ATƏT: Özbəkistan seçkilərində rəqabət olmayıb

Şəklin mənbəyi, uznews.net
Özbəkistanda dekabrın 21-də keçirilmiş parlament seçkiləri bacarıqla təşkil edilmişdi, lakin seçki prosesində gerçək rəqabət və debatlar çatışmırdı, ATƏT-in demokratik təsisatlar və insan haqları bürosundan olan müşahidəçilər qeyd edib.
Özbəkistanda səslərin sayılması prosesi davame edir.
Seçkidə ölkəyə sövet dövründən rəhbərlik edən prezident İslam Kərimovu dəstəkləyən 4 patrtiya iştirak edib.
ATƏT Bürosunun bəyanatında Özbəkistanın seçki məcəlləsində təşkilatın bundan əvvəlki bəzi tövsiyyələrinin nəzərə alındığı qeyd edilməklə yanaşı "əsas azadlıqlara dair digər tövsiyyələrin öz həllini tapmadığı" da qeyd olunub.
Özbəkistanın Mərkəzi seçki komissiyasının verdiyi xəbərə görə, parlamentin aşağı palatasına seçkilərdə 18 milyon adam, başqa sözlə, seçicilərin 88 faizi iştirak edib.
