Britaniya: nəcis yanacağı ilə işləyən ilk avtobus Bristolda marşruta çıxıb

Şəklin mənbəyi, PA
Bioloji yanacaqla işləyən ilk avtobus Britaniyada şəhərləarası xəttə çıxıb.
"Fekalobus" Bristol şəhərilə Bath şəhəri arasında sərnişin daşımaları həyata keçirəcək.
Ekoloji cəhətdən təmiz sayılan biometan qazı insan nəcizi və yemək tullantılarının emalı nəticəsində hasil olunur.
40 sərnişin yeri olan “fekalobus” 1 balon biometan qazı ilə 300 km məsafəlik yolu qət edə bilir.
Bu həcmdə qazın alınması üçün 5 adamdan 1 il ərzində toplanan nəcis kütləsi bəs edir.
Bristol-Bath marşrutu ilə sərnişin daşıyan "fekalobusları" Bath Bus Company şirkəti işlədəcək.
Hər il bu marşrutdan 10 min sərnişin istifadə edir.
Biometan fabriki
Biometan qazı Avonmouth ərazisində yerləşən "Wessex Water" şirkətinin törəmə qurumuna məxsus sutəmizləyici qurğularda istehsal olunur.
Nəcis və tullantılardan qazın hasil edilməsi üçün anaerob bakteriyalar vasitəsilə "biokütlə metan fermentasiyası" prosesindən keçirilir.

Şəklin mənbəyi, PA
Həmin proses zamanı nəcis və yemək tullantılarından əmələ gələn metan emal olunur və təmizlənir.
Avonmouth mərkəzində hər il təxminən 75 milyon kubmetr nəcis və 35 min ton ərzaq tullantısı emal olunur.
Bu tullantı kütləsindən ətraf ərazilərdə yerləşən 8 300 evi qazla təmin etməyə imkan verən 17 milyon kub metr biometan qazı hasil olunur.




