Philae robot raketi kometə tarixi eniş edib

Şəklin mənbəyi, PA
Avropanın robot tədqiqat raketi Philae ilk tarixi komet enişini uğurla həyata keçirib.
Raket 67P/Çuryumov-Gerasimenko adlı kometə Bakı vaxtı ilə 20:05-də çatıb.
Almaniyanın Darmstadt şəhərindəki nəzarət otağında bu xəbər sevinc və alqışlarla qarşılanıb.
"Bu, sivilizasiya üçün böyük addımdır", Avropa Kosmos Agentliyinin (European Space Agency, ESA) direktoru Jean-Jacques Dordain deyib.
Alimlər Philae vasitəsilə kometin görünüşünün fotolarını çəkəcəklər və onun kimyəvi tərkibini təhlil edəcəklər.
Onlar ümid edirlər ki, onun üzərindəki materiallar Günəş Sistemimizin 4,5 milyard il bundan əvvəl necə əmələ gəldiyinə dair əlavə məlumatlar verəcək.
