Nyu Yorkun Mərkəzi Parkında ölü ayı balası tapılıb

Nyu York

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Nyu Yorkun mərkəzindəki parkda qara ayı balasının ölüsü tapılıb.

Nyu Yorkun Mərkəzi parkında ölü qara ayı balasının tapılması yerli polis və sakinlər üçün əsl tapmacaya çevrilib - onlar ayının parka necə gəlib çıxdığını izah etməkdə çətinlik çəkirlər.

Bazar ertəsi səhər tezdən park ərazisində aşkar edilmiş dişi ayı balasının güman ediliyi kimi zədəsi olub, lakin onun necə öldüyü aydın deyil.

ABŞ-ın ən sıx əhalisi olan şəhərlərindən birinin mərkəzi parkında ayıların yaşadığı heç vaxt qeydə alınmayıb.

Ayı Nyu Yorkda nə ev heyvanı kimi saxlanıb, nə də yerli zooparkdan ayıların qaçdığı xəbəri olub.

Şəhər zooparkının direktoru Patrick Thomas Nyu York Times nəşrinə Nyu Yorkda nə vaxtsa ayının yaşadığını bildirib, lakin bunun çox çəkmədiyini vurğulayıb.

Onun sözlərinə görə, 1630-cu ildə Nyu Yorkda ayının güllələnməsi qeydə alınıb.

Eyni zamanda Nyu York və Hudson çayından New Jersey ştatına qədər uzanan ərazi Amerika qara ayısı üçün doğma məskən sayılır.

Ötən ay bu ştatda təbiət gəzintisinə çıxmış universitet tələbəsini qara ayı parçalamışdı.

Nyu York Mərkəzi parkında ayı ölüsü kolun altında aşkar edilib.

Nyu York polisi əraziyə baxış keçirdikdən sonra ayı cəsədinin həmin əraziyə sürüyüb gətirldiyi qənaətinə gəlib.

"Ayı balasının parka öz ayağı ilə gəlmədiyinə şübhə ola biməz. Bunun ehtimalı yox dərəcəsindədir", Nyu York Mərkəzi parkın rəsmisi Geoffrey Croft deyib.