Kubada ətirlərə Che Guevara və Hugo Chavez adlarının verilməsi yasaqlanıb

Şəklin mənbəyi, BBC World Service
Kuba höküməti Ernesto Che Guevara və Hugo Chavez-in adlarını parfümeriya məhsuluna verən əczaçılıq şirkətinə qarşı inzibati tədbirlər görəcəyini bildirib.
Rəsmi Granma qəzetində dərc edilmiş məqalədə hökümət belə cəhdləri "ciddi səhv" adlandırıb.
"İnqilab rəmzləri müqəddəs olub və olacaq", məqalədə qeyd olunub.
Ötən həftə Havanada "Ernesto" və "Hugo" adlı odekolonların təqdimatı keçirilib.
Məhsulu hazırlayan dövlət Labiofam şirkətinin vice-president Isabel Gonzalez təqdimat zamanı "Ernesto" və "Hugo" odekolonlarının yüksək keyfiyyət və tərtibatla seçildiyini qeyd edərək ətirlərin adının da şirkət üçün mühüm olduğunu qeyd edib.
Lakin bu şirkətin bu layihəsi social şəbəkələrdə lağa qoyularaq tənqidə məruz qalıb.
Labiofam şirkəti Che Guevara və Hugo Chavez şəxsiyyətlərinə dərin hörmətlə yanaşdığını, odekolonlara onların adının verilməsini ailələrilə razılaşdırdığını bildirib.

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service
Lakin Kuba höküməti şirkətin bu addımını məsuliyyətsiz adlandıraraq şirkət rəhbərliyilə məsələnin müzakirə edildiyini və müvafiq inzibati ölçülərin götürüləcəyini qeyd edib.
“Bu cür təşəbbüslər nə xalq, nə də İnqilab höküməti tərəfindən heç zaman qəbul olunmayacaq”, rəsmi məqalədə vurğulanılb.




