“Əl Nusra Cəbhəsi” hava zərbələrinə görə Qərbə xəbərdarlıq edib

ƏL Nusra

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Əl Nusra cəbhəsi Qərbə xəbərdarlıq edib.

"Əl Qaidə" ilə əlaqəli radikal "Əl Nusra Cəbhəsi" qruplaşması ABŞ aviasiyasının Suriya və İraqda cihadçılara zərbələrini "islama qarşı müharibə" adlandırıb.

İnternet müraciətində qruplaşma bütün dünya cihadçılarını İslam Dövləti (İD) döyüşçülərinə qarşı əməliyyatlarda iştirak edən Qərb və Ərəb ölkələrini cəzalandırmağa çağırıb.

ABŞ və müttəfiqləri Suriya və İraqda İD yaraqlılarana hava zərəbələrini gücləndiriblər.

Pentqaon xəbər verib ki, şənbə günü Raqqa şəhəri və islamçıların Suriya-Türkiyə sərhədi yaxınlığında möbvgelərinə havadan zərbələr endirilib.

Kürd silahlı dəstələri Suriyada Türkiyə sərhədinə yaxın yerləşən Kobani şəhərinin müdafiəsini davam etdirirlər.

Bu bölgədən 140 min sakin sərhədi keçərək Türkiyəyə qaçıb.

ABŞ rəhbərlik etdiyi koalisiyaya 40-a yaxın ölkə daxildir, o cümlədən, ərəb ölkələri də.