Britaniya hava sərhədində Rusiya təyyarələri görünüb

Şəklin mənbəyi, Getty

Böyük Britaniya hava sərhədinin yaxınlığında Rusiya bombaçı təyyarələrini gördükdən sonra Typhoon qırıcılarını havaya qaldırıb, Müdafiə Nazirliyi bildirib.

Qırıcılar Şotlandiyada yerləşən Krallıq Hava Qüvvələri bazasından havaya qalxıb. Məhz bundan sonra Rusiya təyyarələri hərəkət istiqamətini dəyişib.

Müdafiə Nazirliyinin sözçüsü deyib ki, belə hadisə ötən il səkkiz dəfə yaşanıb.

Sözçü deyib ki, qırıcılar Şotlandiyanın şimal sərhədində görünən hava gəmilərinin uçmasını araşdırmaq üçün göndərilib.

"Hava gəmilərinin Rusiya hava hərbisinə aid olduğu məlum olub", o deyib.

Sözçünün sözlərinə görə, Rusiya təyyarələri hava sərhədi yaxınlığında uçsa da, heç vaxt icazəsiz Britaniyanın hava suverenliyini pozmayıb.