BMT: Mərkəzi Afrika Respublikası “xaosa doğru” gedir

BMT Baş katibinin müavini Mərkəzi Afrika Respublikasında təcili aksiyalara çağıraraq bu ölkənin “xaosa doğru” getdiyini bildirib.
Jan Eliasson ölkədə, xristianlarla müsəlmanlar arasında qarşıdurma, işgəncələr, cinzi zəmində zorakılıq və kütləvi edam hallarının kəskin şəkildə çoxaldığını qeyd edib.
"Vəziyyət çevik və qərarlı addımlar tələb edir”, o bildirib.
Zorakılıq
Mart ayında əsasən müsəlmanlardan ibarət üsyançılar hakimiyyəti ələ keçirdikdən sonra ölkənin böyük hissəsini nəzarət altına ala biliblər.
Prezident Francois Bozizeni əvəz edən Michel Djotodia üsyançı dəstələrini buraxılmış elan edərək bir çox döyüşçünü rəsmi ordu hissələrinin tərkibinə qatıb.
Lakin üsyançı qrupların kəndlərə hücumları davam edib.
Artan zorakılığın qarşını almaq məqsədilə BMT Baş katibinin müavini Jan Eliasson ölkədəki Afrika Birliyi hərbi kontingentini BMT sülhməramlı qüvvələrinə çevirmək təşəbbüsü ilə çıxış edib.
Fransa amili
Fransa sabiq müstəmləkəsi olan Mərkəzi Afrika Respublikasında vəziyyətin “humanitar böhran” həddinə çatdığını bildirib.
“Hakimiyyətin çökməsindən sonra ölkədə, qətliam və humanitar xaos hökm sürür”, çərşənbə axşamı Fransanın müdafiə naziri Jean-Yves Le Drian Europe 1 radiostansiyasına bildirib.
Fransa paytaxt Banquidə 400 min əsgəri qüvvəyə malikdir. Onların əsas missiyası Fransa vətəndaşlarının qorunmasıdır.




