Halalgoogling - İnternetdə “halal” axtarış mühərriki

Adından göründüyü kimi halal axtarış mühərriki dünya boyunca müsəlmanlara İslama zidd məzmundan təmizlənmiş halal informasiya almaq imkanı yaratmalıdır.
“Daxil olun Halalgoogling” axtarış mühərriki müsəlman istifadəçilərin Google və Bing kimi saytlarda axtardıqlarını onlar üçün təmizlənərək halallanmış şəkildə verir. İstifadəçi haram məzmunu görə bilmir.
Bu barədə Pakistanın “Express Tribune” qəzetində məlumat verilib.
Belə görünür ki, istifadəçinin axtarış sözləri “pornoqrafiya, çılpaq, gey, lezbian, biseksual, qumar və ya anti-islam məzmunu” olarsa, axtarışın nəticəsində bütün bu məzmun olmayacaq.
Məqalədə deyilir ki, belə bir mühərrikin yaranmasına 1 milyard 500 milyon müsəlmanı internetdəki ziyanlı materialdan qorumaq ehtiyacı səbəb olub.
Halal axtarış mühərriki qara siyahıya salınmış saytlardan gələn informasiyanı bloklayır.
Burada həmçinin istifadəçinin rast gəldiyi haram informasiya barədə moderatora xəbər verməsi üçün xüsusi əlaqə linki qoyulub.
Qəzetin bloqeri İmaan Sheikh mühərrikin necə işləməsini özü yoxlayıb və axtarışa “seksi” sözünü buraxıb.
Nəticə heyrətamiz olub: “Bu seksi qızları özünüz seçin…cəhənnəmdə yanmaq istəyirsinizsə”…
Belə islami filtrləmə cəhdləri əvvəllər də imhalal.com və halaalsearch kimi saytlar tərəfindən edilib.



