ABŞ-da “Maqnitski siyahısı” açıqlanacaq

ABŞ-da Hermitage Capital şirkətinin hüquqşünası Serqey Maqnitskinin ölümünə aidiyyatda şübhəli olan Rusiya vəzifəli şəxslərin siyahısı açıqlanacaq.
“Maqnistki siyahısı” kimi tanınan sənədə düşən rəsmilərin Amerikaya girişi yasaqlana və ABŞ banklarındakı hesabları dondurula bilər.
AP agentliyi Ağ Evdəki anonim mənbəyə əsasən siyahıya insan haqlarını kobut şəkildə pozmaqda suçlanan Çeçenistan prezidentinin adının əks olunacağını bildirib.
Serqey Maqnitski 2009-cu ildə Moskvanın istintaq təcridxanasında vəfat edib.
Həbsindən əvvəl hüquqşünas çoxmilyardlıq büdcə vəsaitlərinin mənimsənilməsini araşdırıb.
Serqey Maqnitski ona qarşı irəli sürülümüş ittihamları rədd edərək büdcə vəsaitlərinin mənimsənilməsi işi ilə məşğul olduqdan sonra saxtalaşdırılmış ittihamlar üzrə həbs olunduğunu bildirirdi.
Hermitage Capital bildirib ki, Maqnitski oğurluqda suçladığı şəxslər tərəfindən şərlənərək məhbəsə atılmışdır.
