İİV-ə qarşı anticisimlərin yaradılması mexanizmi aşkar olunub

ABŞ alimləri insan immun çatışmazlığı virusuna (İİV) qarşı yeni vaksinlərin yaradılmasında istifadə oluna biləcək təbii müqavimət mexanizminin mövcud olduğunu aşkar ediblər.
Alimlər qazanılmış immun çatışmazlığı sindromuna malik afrikalı xəstənin qanında aşkar edilən CH103 anticisiminin İİV növlərinin 55 faizini neytralalşdırmağa qadir olduğunu deyirlər.
Yeni araşdırma müalicənin inkişafına töhfə verəcək, tədqiqatçılar ümid edirlər.
İmmun sistemilə üzləşən İİV virusunun sonsuz mutasiyalara məruz qalması xüsusiyyəti yeni vaksinlərin yaradılmasına əsas maneə hesab olunur.
Lakin bəzi adamlarda İİV ştamlarını neytrallaşdıra biləcək son dərəcə effektiv anticisimlər aşkar olunub ki, Şimali Karolina ştatı alimlərinin tədqiqat mövzusunu təşkil edir.
Araşdırmanın nəticələri nüfuzlu Nature dərgisində dərc olunub.
Virusa yoluxan vücudda müdaxiləyə qarşı anticisimlər yaradılır.
Mutasiya
Buna mutasiya ilə cavab verən İİV anticisimlər hücumunu neytrallaşdırır.
İmmun sistemilə infeksiyanın bu kimi çəkişməsi 4 il davam edə bilər ki, bundan sonra bəzi adamlarda İİV virusunun bir neçə ştamına qarşı effektiv olan yeni tip anticisimlər peyda olur.
Lakin bu məqama çatanadək mühüm orqanların təsirləndiyi üçün anticisimlər orqanizmi xilas edə bilmir.
"Bəzi xəstələrdə həqiqətən də böyük həcmdə virusları neytrallaşdıra biləcək anticisimlər əmələ gəlir, lakin onların xəstəliyin son mərhələsində peyda olmasına görə faydası az olur", ABŞ Tibbi Tədqiqatlar Şurasından Dr Sarah Joseph deyib.
Azərbaycan İİV-infeksiyası/QİÇS probleminin “actual” olduğunu bildirsə də, yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir.
“2010-cu ildə Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 459 təşkil etmişdir”, Səhiyyə Nazirliyinin internet səhifəsində "QİÇS-lə Mübarizə Mərkəzinin 2010-cu ilin yekunları" hesabatında deyilir.
Statistika Komitəsinin məlumatlarında ötən ilə aid informasiya olmasa da, <link type="page"><caption> 2011-ci il üçün rəqəmlər məlumdur</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/02/130227_aids_azerbaijan.shtml" platform="highweb"/></link>: Qeydiyyatda olan İİV-nin törətdiyi xəstəliklə xəstələnlərin sayı 3154 nəfərdir.




