Norvec: Utoya faciəsindən 1 il keçir

Norvec: Utoya faciəsindən 1 il keçir

Şəklin mənbəyi, AFP

Norveçdə Utoya qətliamının ildönümü ilə əlaqədar anım mərasimi keçirilir.

1 il bundan əvvəl norveçli Anders Behring Breivik paytaxt Oslo və Utoya adasına silah və bomba hücumu həyata keçirmişdi, nəticədə 77 nəfər həlak olmuşdu və 242 nəfər yaralnnmışdı.

Mərasimdə Norveçin Baş naziri Jens Stoltenberg iştirak edir.

Ötən il Norveçdə Anders Breivik tərəfindən törədilmiş silahlı hücum zamanı həlak olanların və yaralananların yaxınları və ailələri də mərasimdə iştirak edirlər.

Hücumu törətmiş Anders Behring Breivikin məhkəmə prosessi isə davam edir. Gözlənildiyinə görə, məhkəmədəki halkimlər gələn ay Breivikin psixi durumu barədə məlumat verməlidirlər. Hakimlərin qərarından asılı olaraq Breivikə ya uzunmüddətli cəza kəsiləcək, yaxudda onun psixi xəstə olduğu təsdiqlənərsə, müalicə keçmək üçün xəstəxanayayerləşdiriləcək.

Baş Nazir Stoltenbergin Norveç Əmək Partiyasının gənclərdən ibarət üzvləri qarşısında yerli vaxtla saat 18:45-də çıxış edəcəyi gözlənilir. Anders Breivik 1 il bundan əvvəl məhz həmin vaxt Utoyada polis tərəfindən həbs edilmişdi.

Osloda 1 il bundan əvvəl Breivikin bonmba hücumu nəticəsində yararsız hala gəlmiş binalar indiyə qədər bərpa olunm ayıb.