Breivik məhkəmə qarşısaında törətdiyi əməlləri ilə öyünüb

Breivik məhkəmə qarşısaında törətdiyi əməlləri ilə öyünüb

Şəklin mənbəyi, AFP

Ötən ilin iyul ayında 77 insanı qətlə yetirməkdə ittiham olunan Anders Breivik məhkəmə qarşısında çıxış edib.

O, öz əməllərilə, törətdiyi qətliyam ilə öyünüb.

O, bəyan edib ki, "II Dünya Müharibəsindən sonra Avropada belə bir mürəkkəb və möhtəşəm hücum indiyədək həyata keçirilməmişdi".

Anders Behring Breivik ona bəraət qazandırılmasını tələb edib və bildirib ki, onun əməli "şər yox, xeyir əməlidir".

Onun təbirincə, o, Avropalıları və Norvecliləri immiqrasiya və multi-mədəniyyətlilikdən müdafiə edib.

Breivik öz çıxışını aparıcı hakimin nitqini qısaltmaq çağırışı ilə birtirib. Gözlənildiyinə görə, onun məhkəmə qarşısında ifadə verməsi 5 gün çəkəcək.

Məhkəmə onun ifadələrinin televiziya ilə yayımlanmasına icazə vermədiyini bildirib.

Məhkəmənin mərkəzi məsələlərindən biri Breivikin ruhi sağlamlığı ilə əlaqəlidir.

O artıq məhkəmənin qanuniliyini tanımadığını bildirib.

Breivikin vəkilləri bildiriblər ki, onun dedikləri bir çox Norveclilər üçün məyusedici olacaq, lakin onlar bildirib ki,onun danışmaq və öz mövqeyini izah etmək hüququ var.

Məhkəmədə hakim Breivikin çıxışına çoxsaylı müdaxilələr edərək onu qısa danışmağa çağırıb.