Pakistan Bin Ladenin həyat yoldaşı və qızlarnı ölkədən xaric edəcək

Şəklin mənbəyi, AFP
Pakistan məhkəməsi, Üsamə Bin Ladenin 3 həyat yoldaşı ilə 2 qızına ölkədə qeyri-qanuni yaşadıqları üçün 45 gün həbs cəzası kəsib.
Bu məlumat onların vəkilləri tərəfindən təsdiqlənib.
Qadınlar eləcə də hərəsi 10000 rupi ($ 114) məbləğində cərimələniblər.
Qadınlar artıq cəzanın 1 ayını çəkiblər, və gözlənildiyinə görə, 2 həftədən sonra Pakistandan deportasiya olunacaqlar.
Ötən ilin may ayından bəri, ABŞ xüsusi təyinatlı qüvvələri əl-Qidə liderini öldürdükdən bəri qadınlar Pakistanda dustaqlıqda saxlanılıblar.
Məlumatlara görə, Bin Ladenin həyat yoldaşlarından ikisi Səudiyyə Ərəbistanlı, biri isə Yəmənlidir.
Bin-Ladenin arvad və uşaqlarına qarşı rəsmi prosses ötən ay başlanmışdı. Onların vəkili məhkəmə qərarından appelyasiya vermək niyyətində deyil.
Bin-Ladenin yoldaş və uşaqlarının hansı ölkəyə deportasiya olunacağı məlum deyil.
Üsamə bin Laden, Pakistanın Abbottabad şəhərindəki bir evdə yoldaşları və uşaqları ilə təxminən 5 il yaşamışdı.




