Litvinenkonun ölümündən beş il keçir: suallar çox, cavab yox

Aleksandr Litvinenko

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Aleksandr Litvinenko Kreml siyasətinin sərt tənqidçilərindən olub.

Beş il bundan əvvəl Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı və FSB (Federal Təhlükəsizlik Xidməti) Rusiyanı partladır” kitabının müəllifi Aleksandr Litvinenko London xəstəxanalarının birində vəfat etmişdi.

Bütün bu illər ərzində Skotland-Yard (Britaniya polis idarəsi) onun ölümünün hansı şəraitdə baş verdiyini araşdırsada, dəqiqləşdirilmiş fakt elə də çox deyil: Litvinenko polonium-210 adlandırılan radioaktiv maddə ilə zəhərlənmişdir və bu fakt onun həyatına qəsd kimi qiymətləndirilir.

Əsas məsələlər sual altındadır: xüsusi xidmət orqanlarının keçmiş zabitinin olümü arxasında kim dayanır, kim onu icra etmişdir, polonium haradan alınıb və sairə.

Litvinenkonun xanımı Marina bir çox illər ərzində təhqiqatın hərtərəfli şəkildə aparılmasına çağırırdı, çünki bu onun həyat yoldaşının təkcə harada, nə vaxt və hansı şəraitdə öldürüldüyünü deyil, həmdə bu kimə lazım idi suallarını cavablandıra bilər.

Təhqiqat

Bu ilin oktyabrında London məhkəməsi Litvinenko tərəfinin xahişini yerinə yetirmişdir. Təhqiqat hərtərəfli şəkildə aparılacaq.

“Mən bu anı dörd il gözləmişəm. Məhkəmə təhqiqatın hərtərəfli şəkildə aparılmasına qərar verib, və bu bizim üçün çox önəmlidir. Bu məhkəmənin tamamilə başqa forması deməkdir. Bu təhqiqatın çərçivəsində Rusiya dövlətinin bu cinayətdə iştirak edib etməməyi nəzərdən keçiriləcək. Və bu da mən istədiyim idi,” Marina Litvinenko BBC-nin Rus Xidmətinə deyib.

Marina Litvinenko

Şəklin mənbəyi, PA

“Litvinenkonun öldürülməsi Rusiya dövlətininmi cinayətidir? Bu sualı təhqiqatın nəticələri cavablandıra bilər, əlbəttə əgər biz cəmiyyətin maraqlarını nəzərə alırıqsa,” Litvinenko ailəsinin vəkili Ben Emmerson belə deyir.

“Mİ5 və Mİ6 (Britaniya xüsusi xidmət orqanları) ona qarşı yönələn təhlükə haqqında materiallara malik olublarmı, və bunlar vasitəsilə onun ölümünün qarşısını almaq mümkün olardımı? Və əgər bu sualın cavabı müsbətdirsə, xüsusi xidmət orqanları öz vəzifələrini nəyə görə yerinə yetirə bilməmişlər? Bu suallara da biz cavab almaq istərdik,” Emmerson deyir.

“Və birdə bu təhqiqat çox alçaldıcı mülahizələrə də son qoyardı ki, Litvinenko sui-qəsd etmişdir, və yaxud Britaniya xüsusi xidmət orqanlarının onun ölümündə əli var,” Emmerson belə deyib.

Rusiyanın rəsmi mövqeyi

Rusiyanın Böyük Britaniyadakı səfirliyi təhqiqatın hərtərəfli şəkildə aparılması qərarını belə şərh etmişdir:

“Biz Aleksandr Litvinenkonun ölümünün hansı şəraitdə baş verməsi səbəblərinin araşdırılmasına başlanmasını alqışlayırıq. Ümidvarıq ki, beş il keçəndən sonra əsl həqiqətin aşkar olunması açıq dinləmələr nəticəsində mümkün olacaq. Biz bir çox sualların cavablandırılmasını gözləyirik, misal üçün, Aleksandr Litvinenkonun ölümü haqqında rəsmi tibbi məlumat nəyə görə bu günə kimi açıqlanmayıb?”

Rusiya tərəfinin qənaətinə görə “təhqiqatın açıq şəkildə aparılması yeganə vasitədir və ondan istifadə olunmalıdır”.

Rusiya səfirliyi “Rusiya Federasiyası və Böyük Britaniya aidiyyatı qurumları arasında sıx əməkdaşlığa” ona görə cağırır ki, “təhqiqat maksimum geniş sübut bazasına arxalanmalıdır”.

Kremli tənqid edən adam

Kremli var qüvvəsi ilə tənqid edən Litvinenko Böyük Britaniyada siyasi sığınacaq alandan sonra bu ölkənin vətəndaşı oldu.

“FSB Rusiyanı partladır” kitabında o iddia edirdi ki, Rusiya xüsusi xidmət orqanları 1999-cu ildə Moskvada yaşayış binalarının partladılmasını təşkil etmiş və bununla da Çeçenistanda hərbi əməliyyatın başlanmasına şərait yaratmışdılar.

Rusiya hakimiyyəti bu iddiaları qəti şəkildə rədd edir.