Qəddafi - hakimiyyətdə ən uzun müddət qalan ərəb lideri

Şəklin mənbəyi, Reuters
42 il ölkəni idarə edən polkovnik Müəmmar Qəddafi ərəb hökmdarlarından hakimiyyət başında ən çox qalan lider olub.
1969-cu ildə hakimiyyəti ələ keçirmiş polkovnik Qəddafi istər Yaxın Şərqdə, istər Afrikada və Qərbdə həmişə səciyyəvi xüsusiyyətləri ilə gözə çarpan və ziddiyyətli bir şəxsiyyət kimi tanınıb.
Bir çox ölkələrdə illər boyu hesab ediblər ki, o, terrorçuluğu dəstəkləyir.
2003-cü ildə Qəddafi gözlənilmədən öz mövqeyini dəyişib və kütləvi qırğın silahından imtina edib.
Bu addımla Liviya lideri Qərbin rəğbətini qazanmışdı.
Qəddafinin hökmranlığına sonu Tunislə Misirdə olduğu kimi 2011-ci ilin fevral ayında başlayan kütləvi etirazlar dalğası qoyub.
“Üçüncü yol”
1969-cu ildə kral İdrisin qansız dövlət çevrilişi nəticəsində hakimiyyətdə əvəzləyən gənc zabit Qəddafi nə kapitalizmi nə də ki, kommunizmi qəbul edirdi.
O, sonradan islamla sosializmin qarışıq növü olan “üçüncü yolun” seçiləcəyi qənaətinə gəlib.
Qəddafi hakimiyyəti ələ keçirdikdən sonra ilk müsahibəsində sosializmə müxtəlif yanaşmaların olduğunu deyib:
“Sosializm iqtisadiyyat sistemidir. Ona yanaşma müxtəlif ölkələrdə, həmin adamlar üçün nəyin daha yaxşı olduğundan asılı olaraq, müxtəlif ola bilər”.

Şəklin mənbəyi, PA
“Quduz itin” əməlləri
Polkovnik Qəddafi ilə Qərb arasında münasibətlər 1980-ci ildə, Margaret Thatchervə Liviya liderini “quduz it” adlandırmış Ronald Reaqan-ın dövründə, kəskin şəkildə pisləşib.
Böyük Britaniyanın keçmiş baş naziri isə polkovnik Qəddafi ilə dəfələrlə görüşüb.
1984-cü ildə Londonda Liviya səfirliyi qarşısında Qəddafi rejiminə qarşı etiraz nümayişi zamanı polis qadın Yvonne Fletcher öldürülmüşdür.
Bundan iki il sonra ABŞ Liviyanı qərbi Berlində amerikalı əsgərləri arasında populyar gecə klubu yaxınlığındakı partlayışda əli olmasında imtina etdilər. Vaşinqton cavab olaraq Tripolinin bombardman etməklə cavab verdi.
Həlak olanlar arasında Qəddafinin körpə qızlığı da olub.
1988-ci il dekabrın 21-də Londondan Nyu-Yorka uçan PanAm aviaşirkətinə məxsus “Boing-747” təyyarəsi Heathrow hava limanından qalxdıqdan bir qədər sonra partlayaraq Şotlandiyanın Lokerbi şəhərindəki evin üstünə düşüb.
Bu qəza nəticəsində 270 adam həlak olub.
Təcrid və Cəmahiriyə
Liviyanın özündə Qəddafinin idarəetmə tərzi get-gedə daha spesifik formalar almağa başlayıb.

Şəklin mənbəyi, bbc
Öz üçcildli “Yaşıl kitab”ında o, ərəb dilindən “xalq kütlələrinin dövləti” kimi tərcümə olunan “Cəmahiriyət" konsepsiyasını açıqlayır.
Qəddafi Ərəb Dövlətləri Liqasının sammitlərinə qadın mühafizəçilərin müşayiəti ilə gedirdi. Xarici səfərləri zamanı o, öz şəxsi bədəvi tipli çadırda qalırdı.
Onun ərəb liderliyinə iddiaları rədd edildikdən sonra, Qəddafi Afrika birliyi ideyasını rəhbər tutaraq qitədə nüfuzunu artırmağa çalışıb.
Kütləvi qırğın silahından imtina
1990-cı illərin sonunda Liviyanın kütləvi qırğın silahından imtina etməsi beynəlxalq birlik gözündə Qəddafinin reputasiyasını qaldırmış oldu. O Şotlandiya üzərindəki təyyarə partlayışında şübhəliləri təslim etdi.
2003-cu ildə qərb ölkələrilə Liviya arasında artıq məxfi danışıqlar aparılırdı.
Bunun ardınca Qəddafi qərb ölkələrini heyrətə gətirən addımlar atır: o, kütləvi qırğın silahından imtina edərək radikal qruplarla təmaslarını kəsir.
Qərblə münasibətlərin yaxşılaşması fonunda polkovnik ərəb liderlərinə yad qalır. Qəddafi Amerika ilə yaxşı əlaqələrə malik olan ərəb liderlərini məsxərəyə qoyaraq ABŞ-ın göründüyü kimi möhkəm olmadığını deyir.
Lakin göründüyü kimi onun öz hökmranlığı da zənn edildiyindən daha zəif olub.



