"Ehtiras və gücün təcəssümü": Tina Turner-in həyatı şəkillərdə

Tina Turner 1985-ci ildə

Şəklin mənbəyi, Getty Images

"The Best" (Ən yaxşı") və "A Fool in Love" ("Axmaq aşiq"), "Better Be Good To Me" ("Yaxşısı budur, mənə xoş davran") və digər mahnıları ilə məşhur olan Tina Turner uzun sürən xəstəlikdən sonra İsveçrədə vəfat edib.

O, 80-ci illərdə solo ifaçı kimi karyerasına başlamazdan əvvəl Ike & Tina Turner Revue qrupunun aparıcı müğənnisi kimi şöhrət qazanıb.

Tina Ike Turner ilə 1956-cı ildə The Kings of Rhythm qrupunun çıxışında tanış olub.

Turner Ike Turner ilə 16 il evli qalıb, lakin 1978-ci ildə boşanıblar.

Tina and Ike Turner

Şəklin mənbəyi, Getty Images

1986-cı ildə yazdığı "I, Tina: My Life Story" ("Mən Tina: Mənim həyat hekayəm") adlı tərcümeyi-halında o, evlilikləri boyunca birinci əri tərəfindən məruz qaldığı zorakılıqlardan bəhs edir.

O, 1984-cü ildə "Private Dancer" adlı debüt solo albomunu təqdim edib. Bu albom bütün dünyada 20 milyon nüsxədən çox satılıb və üç Grammy mükafatı qazanıb.

Ike and Tina Turner with a guitar

Şəklin mənbəyi, Getty Images

Karyerası ərzində Turner 2018-ci ildə ömür boyu nailiyyət mükafatı da daxil olmaqla ümumilikdə səkkiz Grammy mükafatı qazanıb.

Turner-in karyerası beş onilliyi əhatə edib. 2000-ci ildə vida turundan sonra o, 2009-cu ildə, 69 yaşında musiqi karyerasının 50 illik yubileyini qeyd etmək üçün "Tina - The Tina Turner Musical"-ı ilə təkrar səhnəyə çıxıb.

Təqaüdə çıxması ilə bağlı Turner deyib: "Heç kim mahnı oxumaqdan və rəqs etməkdən nə qədər yorulduğumu bilmirdi. Budur. İndi evə gedirəm".

Tina Turner yaşıl geyimdə

Şəklin mənbəyi, Getty Images

"Əfsanə"

Onun ölümündən kədərlənən bir çox tanınmış şəxslər Tina Turner-lə bağlı fikirlərini bölüşüblər.

Məşhur müğənni Elton John onu "tam bir əfsanə" adlandırıb.

Digər tanınmış müğənni Beyonce onu "ehtiras və gücün təcəssümü" kimi qiymətləndirib.

ABŞ-ın keçmiş Prezidenti Barak Obama və ailəsi onu "sevinc və ağrı ilə öz həqiqətini oxuyan" müğənni kimi xarakterizə edib.

Mariah Carey və Oprah Winfrey Tina Turner-i məişət zorakılığının aradan qaldırılması üçün illərlə fəaliyyət göstərməsinə görə təqdir edib.

ABŞ-ın hazırkı Prezidenti Joe Biden açıqlamasında həyata "fermer qızı kimi başlamış" Turner-in "təmsil etdiyi nəsli arasında bənzərsiz istedadından" bəhs edib.

ABŞ müğənnisi Gloria Gaynor Turner-in "qaradərili və ağdərili rok musiqisində bir çox qadının yolunu açdığını" deyib.

Turner səhnədə 1975

Şəklin mənbəyi, Getty Images

O, 1984-cü ildə "Private Dancer" adlı debüt solo albomunu buraxdı. Bu albom bütün dünyada 20 milyon nüsxədən çox satıldı və müğənniyə üç Grammy mükafatı qazandırdı.

"What's Love Got To Do With It" ona ilin rekordunu və ən yaxşı qadın performansını qazandırdı.

"Better Be Good To Me" mahnısı ilə isə, o, ən yaxşı qadın rok-vokal ifasına görə mükafat alıb.

Tina Turner və Lionel Ritchie

Şəklin mənbəyi, Getty Images

O, 1985-ci ildə Grammy mükafatını 80-ci illərin ulduzu Lionel Richie ilə birlikdə bayram edib.

Turner and Mick Jagger at Live Aid in 1985

Şəklin mənbəyi, Getty Images

Turner bu illər ərzində dəfələrlə Rolling Stones qrupunun üzvü Mick Jagger ilə əməkdaşlıq edib, qastrol səfərlərində qrupu dəstəkləyib və festivallarda onunla birlikdə çıxış etdi.

O, "həmişə Mick Jagger-ə aşiq olduğunu" söyləyib.

Singers David Bowie and Tina Turner perform on stage at the NEC Birmingham.

Şəklin mənbəyi, Getty Images

O, David Bowie ilə də yaxın dostluq münasibəti qurmuşdu, o, onu Tonight albomunun baş trekində duet oxumağa dəvət etmişdi.

Bunun müqabilində Turner Bowie-ni Private Dancer turnesində xüsusi qonaq kimi çıxış etməyə dəvət etdi.

Tina Turner qara geyimdə

Şəklin mənbəyi, Getty Images

Tina Turner With her husband Erwin Bach in 2018

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Tina Turner həyat yoldaşı Erwin Bach-la birlikdə

Turner 2013-cü ildə İsveçrədə uzun müddətli partnyoru Ervin Bach-la evləndi.

O, evliliklərinin ilk günlərində insult keçirdi və sonra Bach böyrəklərindən birini ona verərək, həyatını xilas etdi.

Tina Turner and Adrienne Warren speak during the opening night of "Tina - The Tina Turner Musical", New York 2019

Şəklin mənbəyi, Getty Images

Onun həyatı West End və Broadway musiqili Tina - The Tina Turner Musical-da da təsvir edilib. Parça müğənninin uzun karyerası boyunca yaş, cins və irq məhdudiyyətlərinə necə müqavimət göstərdiyinə diqqət yetirərək, Turnerin həyat hekayəsindən bəhs edir.Turner muzikl haqqında deyib:"Tam hekayəmi bölüşmək şansının olması mənim üçün çox vacibdir. Bu muzikl mənim şöhrətimlə bağlı deyil. Söhbət ora çatmaq üçün etdiyim səyahətdən gedir. İstəyirəm ki, hər gecə tamaşaçılar bu teatrdan "aldıqları" ilə zəhəri dərmana çevirə bilsinlər".

Tina Turner smiling at the camera Turner kameraya gülümsəyir

Şəklin mənbəyi, Getty Images