Kraliça: At və yarışlarına xüsusi sevdası olan sahibkar və cins at yetişdirən

Kraliça və John Warren

Şəklin mənbəyi, PA

    • Müəllif, Frank Keogh
    • Vəzifə, BBC Sport

Kraliçanın tətillərini keçirdiyi evinə gələndə ilk diqqəti çəkən onun yarış atı Estimate-in real ölçüdəki heykəlidir.

Sandringham-dakı heykəl onun tacın arxasındakı şəxsin kimliyini görməyə nadir də olsa imkan verən idmana - at yarışına olan sonsuz sevgisinin göstəricisidir.

Estimate 2013-cü ildə Royal Ascot-da Qızıl Kuboku qazandıqda, son 207 il ərzində ilk dəfə hakimiyyətdə olan bir monarx qalib atın sahibi oldu.

O, yarış zamanı meneceri John Warren-lə birlikdə oturduğu Kral ailəsinə ayrılmış hissədən fərəh dolu təbəssümü ilə kameralara tuş gəlmişdi.

"Nə vaxt ki, bu, belə bir nəticə ilə bitir, bu, valehedici bir səyahətin səmərəli sonu olur", - o demişdi.

Estimate-nin zəfəri bənövşəyi, qızılı və qırmızı rənglərdə yarışan çaparının qazandığı 1800-dən çox qələbəyə daxil idi.

Və Kraliça damazlıq at yetişdirməlisinə və yarışlara verdiyi töhfəsi ilə tanındıqdan sonra o, 2021-ci ildə Britaniya Çempionlar Seriyasının Şöhrətlilər siyahısına daxil edildi.

Yarışlar Kraliçaya qlobal və daxili işlərdən yayınmağa kömək edirdi.

"O, adətən, mənə deyirdi: "Təzə boya iyi olmayan yerə gəlmək xoşdur", - məşqçi Richard Hannon bildirib.

Yarış atı Estimate-in Sandringham-ın qarşısındakı heykəli

Şəklin mənbəyi, Michael Foley / Alamy Stock Photo

Şəklin alt yazısı, Yarış atı Estimate-in Sandringham-ın qarşısındakı heykəli

Racing Post qəzetinin bir nüsxəsi həmişə onun gündəlik yazışmalarının yanında olurdu.

Atlar onun həyatında lap kiçik yaşlarından bir nişanə idi. Kraliça at sürməyi 4 yaşında babası V George-nin ona döğum günü hədiyyəsi olan Peggy adlı Shetland Ponisi ilə öyrənmişdi.

Onun at yarışlarına marağı İkinci Dünya müharibəsi zamanı, atasını Wiltshire-də təlim görən royal atlara baxarkən müşayiət etdiyi vaxtda artdı.

"Mən sonra onları tövlədə sığallaya bildim", deyə o, sonra xatırlayırdı, - "Mən əvvəllər heç vaxt cins atın atlas yumşaqlığını hiss etməmişdim".

Kraliçanın yarışlarla bağlı yığıncaqda ilk dəfə ictimaiyyət qarşısında çıxışı Avropada müharibə bitdikdən iki həftə sonra, 1945-ci ilin mayında, valideynlərini ilk dəfə Ascotda müşayiət edərkən baş tutdu.

Royal Ascot görüşü onun sevimli sosiallaşma hadisəsinə çevrilirdi və o, cəmi 24 qələbənin həzzini yaşamışdı.

Kraliça hər il Windsor qəsrindən bir kortejlə gəlirdi və punterlər (mərcə girənlər) onun hansı rəngdə papaq geyinəcəyi barədə mərc edirdilər - mavi hər zamankı məşhur seçim idi.

Kraliça II Elizabeth Sandringham-dakı yarış atı yetişdirmə mərkəzi olan Royal Stud-u atası Kral VI George-dan miras aldı və bir çox zəfər qazanan atlarını burada yetişdirdi.

Onun ilk qələbəsi Monaveen-lə gəldi, at 1949-cu ildə Fontwell Parkda maneələrdən atladı və düz ərazidə keçirilən maneəsiz at yarışlarında Böyük Britaniyada iki dəfə - 1954 və 1957-ci illərdə çempion oldu.

Babası, atası və qardaşı Kraliçanın atlarına təlim vermis yayımçı Clare Balding deyib: "O, atlarını bir baxışdan tanıyır, onların əqli və fiziki inkişafına heyran idi və hər birinə baxan mehtərlə hər zaman ətraflı söhbət edirdi".

"Təfərrüata varmağın kiçicik bir nümunəsi - Kraliçanın atlarını görməyə gedərkən heç vaxt ətir vurmaması idi, çünki bu, testosteronu aşıb-daşan gənc atları həyəcanlandıra bilər", - Clare dedi.

"Kraliça amerikalı at təlimçisi, atları dinləyən adam Monty Roberts-i həvəslə izləyirdi və onun bir çox texnikasını özünün atlarının üzərində tətbiq etdi - məsələn, onları mavi plastik təbəqənin üzərində gəzdirirdi ki, suda gəzməkdən qorxmasınlar.

"Nəticədə onlar müxtəlif yarış meydançalarına gələndə daha həssas və daha yaxşı davranırdılar".

O, tez-tez atlarını açıq mesajla adlandırardı - "Duty Bound", (Vəzifəsinə sadiq), "Constitution" və "Discretion".

Özü də at minməyə həvəsli olan Kraliça 1981-ci ildə keçirilmiş Trooping of the Colour paradında silahlı şəxsin atəş açmasından sonra atına oturarkən yəhərdə öz şücaətini nümayiş etdirdi.

Kraliça 90-lı yaşlarınadək at sürməyə davam etdi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kraliça 90-lı yaşlarınadək at sürməyə davam etdi

Estimate də daxil olmaqla 100-dən çox zəfər qazanmış kral atı görmüş məşqçi ser Michael Stoute onunla işləməkdən məmnun olduğunu söylədi.

"Kraliçanın anlayışı, dərin biliyi və daha çox şey öyrənməyə təşnə olmasının nəticədə bu təlimin ona qətiyyən təzyiq yaratmamasına gətirib çıxardığını gördüm" dedi.

"O, həmişə irəlini düşünürdü - mən bu heyvanla nə edəcəyəm, onu yetişdirəcəyəmmi, kimə yetişdirməliyəm, xasiyyəti, sürəti, dözümlülüyünü... Bütün ideya onu valeh edirdi".

Onun sevimli çaparlarından biri Frankie Dettori idi və Dettori Ascot-da Kral VI George və Kraliça Elizabeth Stakes-dəki qələbədən sonra xatırladığı kimi, ikili böyük yarışlarda qalib gəldikdən sonra tez-tez zarafatlaşırdı.

"Bu, mənim dördüncü King George-umdur" dedim. Kraliça mənə baxdı və qaşını qaldırdı: "Lester (Piggott) yeddisini qazandı". Bunu mənə deyiblər", - o söyləyib.

Kraliça jockey Frankie Dettori ilə birlikdə

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Frankie Dettori Kraliçanın atlarını çapmaq üçün seçilmiş bir qrup çapardan biri idi

Kraliça sahibi olduğu beş Britaniya Klassik yarışlarından dördünü qazanıb.

Dunfermline 1977-ci ildə Gümüş Yubileyin qeyd olunmasından üç gün əvvəl Oaks-a sahib çıxdı və həmçinin daha əvvəllər əldə edilmiş uğurlarından - Carrozza (Oaks 1957), Pall Mall (2000 Qvineya 1958) və Highclere-dən (1000 Qvineya 1974) sonra St Leger-i qazandı.

Ən böyük mükafat olan Derby ondan yan keçdi, 1953-də, yəni, tacqoymasının olduğu ildə Aureole Pinzadan sonra ikinci olanda, yeni cəngavər çapar Ser Gordon Richards 26-cı cəhdində nəhayət Epsom yarışına çıxdı. 2012-ci ildə başqa bir uğursuzluq gəldi, Carlton House qələbədən yan keçib üçüncü oldu.

Təxminən 12 ay sonra Estimate-in Ascot-da zəfər qazanması 150.000 funt sterlinqdən (172.000 ABŞ dolları) çox pul mükafatı qazandırdı. Kraliça bu illər ərzində milyonlarla pul qazanacaqdı, baxmayaraq ki, bunun çox hissəsi məşq haqları və digər xərclərə gedirdi. Lakin uduşlar valehedici iştirakın yanında ikinci dərəcəli görünürdü.

Warren atların digər öhdəliklərdən "böyük bir qaçış" olduğunu və onun dəstəyinin Britaniya yarışları üçün böyük bir təkan olduğunu söyləyir.

"Əminəm ki, Kraliça monarx olaraq yetişdirilməsəydi, o, atlarla məşğul ola bilərdi. Bu, sadəcə olaraq, onun DNT-sində idi", - o deyir.