Rusiya Ukraynanı işğal etməyə hazırlaşırmı? Və digər suallar

Russian TV shows tank exercises close to the border with Ukraine on 14 Jan 2022

Şəklin mənbəyi, Rusiya MN

Şəklin alt yazısı, Rusiya televiziyası Ukrayna ilə sərhədə yaxın ərazidə keçirilən tank təlimlərinin şəkillərini nümayiş etdirib
    • Müəllif, Paul Kirby
    • Vəzifə, BBC News

Rusiya qüvvələri Ukraynada müharibəyə hazırlaşırmı? ABŞ prezidenti Joe Biden hər hansı bir növ hərbi addım atılacağından əmindir.

Rusiya Qərbdən Ukraynanın NATO müdafiə alyansına qoşulmayacağına dair söz verməsini istəyir. Hər iki tərəf danışıqlar aparsa da bu, baş tutmayıb.

Bundan sonra baş verənlər Avropanın bütün təhlükəsizlik strukturunu təhlükə altına sala bilər.

Rusiya niyə Ukraynanı hədələyir?

Rusiya hər hansı işğal planını inkar edir, lakin Ukrayna ərazisini daha əvvəl də ələ keçirib və sərhədləri yaxınlığında təxminən 100.000 əsgərini yerləşdirib.

Rusiya qüvvələri necə yerləşib

Rusiya uzun müddətdir ki, Ukraynanın Avropa institutlarına, xüsusən də NATO-ya inteqrasiyasına qarşı dözümlü davranıb.

Ukrayna həm Avropa İttifaqı, həm də Rusiya ilə həmsərhəddir, lakin keçmiş Sovet respublikası kimi Rusiya ilə dərin sosial və mədəni əlaqələrə malikdir və ölkədə rus dili geniş yayılıb.

2014-cü ilin əvvəlində ukraynalılar rusiyapərəst prezidentini devirəndə Rusiya Ukraynanın cənub Krım yarımadasını ilhaq edib və Ukraynanın şərqində böyük əraziləri ələ keçirən separatçıları dəstəkləyib.

Üsyançılar 14 mindən çox insanın həyatına bais olan münaqişədə o vaxtdan bəri Ukrayna hərbçiləri ilə vuruşurlar.

İşğal riski nə qədərdir?

Rusiya Ukraynaya hücum etmək planının olmadığını deyir və silahlı qüvvələrin rəisi Valeri Gerasimov hətta qarşıdan gələn işğalla bağlı xəbərləri yalanlayıb.

Lakin gərginlik yüksək səviyyədədir və prezident Vladimir Putin Qərbi, aqressiv yanaşma davam edərsə, "müvafiq hərbi-texniki tədbirləri cavabı" ilə hədələyib.

NATO-nun baş katibi münaqişə riskinin real olduğu xəbərdarlığını edib və prezident Biden Rusiyanın hərəkət edəcəyini təxmin edir. ABŞ Rusiyanın "çox qısa müddətdə" Ukrayna yaxınlığında qüvvələrini artırmaq planlarından xəbərdar olduğunu deyir.

ABŞ bildirir ki, Rusiya Ukrayna yaxınlığında yerləşdirilən qoşunlarla bağlı heç bir izahat təqdim etməyib və rus qoşunları və tankları təlimlər üçün Belarusa yollanıb.

Rusiya xarici işlər nazirinin müavini hazırkı vəziyyəti ABŞ və Sovet İttifaqının nüvə münaqişəsinə yaxınlaşdığı 1962-ci ilin Kuba raket böhranı ilə müqayisə edib.

Qərb kəşfiyyatı Rusiyanın müdaxiləsi və ya işğalının 2022-ci ilin əvvəlində baş verə biləcəyini irəli sürür.

1px transparent line

Rusiya NATO-dan nə istəyir?

Rusiya NATO ilə münasibətlərinin cilalanması yolunda "həssas nöqtəni" belə şərh edib: "Bizim üçün Ukraynanın heç vaxt və heç bir şəkildə NATO-ya üzv olmamasını təmin etmək şərtdir", xarici işlər nazirinin müavini Sergey Rıbakov deyib.

Moskva NATO ölkələrini Ukraynanı silahla "təmin etməkdə", ABŞ-ı isə gərginliyi artırmaqda ittiham edir.

Prezident Putin Rusiyanın "geri çəkiləcək başqa yeri yoxdur - onlar elə bilirlər ki, biz boş oturacağıq?" deyə bildirib.

Ukrayna prezidenti Vladimir Zelenskini cəbhə xəttinə baş çəkir, 6 dekabr

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Ukrayna prezidenti Vladimir Zelenskini cəbhə xəttinə baş çəkir, 6 dekabr

Əslində Rusiya NATO-nun 1997-ci ildən əvvəlki sərhədlərinə qayıtmasını istəyir.

O, şərqə doğru genişlənmənin dayanmasını və NATO-nun Şərqi Avropada hərbi fəaliyyətinə son qoyulmasını tələb edir. Bu, Polşa və Baltikyanı respublikaları Estoniya, Latviya və Litvadan döyüş hissələrinin çıxarılması və Polşa və Rumıniya kimi ölkələrdə raketlərin yerləşdirilməməsi deməkdir.

NATO
1px transparent line

Rusiya həmçinin ABŞ-a nüvə silahlarının öz milli ərazilərindən kənarda yerləşdirilməsini qadağan edən müqavilə təklif edib.

Rusiya Ukraynadan nə istəyir?

Rusiya, tarixi iddia əsasını önə çəkərək Krımı 2014-cü ildə ələ keçirib. Ukrayna 1991-ci ilin dekabrında dağılan Sovet İttifaqının bir hissəsi olub və cənab Putin bunu "tarixi Rusiyanın parçalanması" kimi təqdim edib.

Prezident Putinin Ukrayna ilə bağlı düşüncəsinə dair bir ipucu keçən il rusları və ukraynalıları "bir millət" adlandırdığı uzun bir nitqdə əks olunmuşdu.

ukrayna və rusiya xəritə

Rusiya həm də Ukraynanın şərqi ilə bağlı 2015-ci ildə imzalanmış Minsk sülh razılaşmasının yerinə yetirilməməsindən narahatdır.

Separatçı bölgələrdə müstəqil şəkildə müşahidə edilə biləcək seçkilər üçün hələ də heç bir tənzimləmə yoxdur. Rusiya davam edən münaqişənin bir hissəsi olduğuna dair ittihamları rədd edir.

Rusiyanın hərəkətinin qarşısı alına bilərmi?

Prezident Vladimir Putin cənab Biden ilə bir neçə dəfə danışıb və yüksək səviyyəli danışıqlar indi də davam edir, lakin Rusiya rəsmiləri xəbərdarlıq ediblər ki, Qərbin onların əsas tələblərini rədd etməsi "çıxılmaz nöqtəyə" gətirir.

Əsas sual Rusiyanın nə qədər irəli gedəcəyidir. Prezident Biden genişmiqyaslı işğalın Rusiya üçün fəlakətə yol açacağı barədə xəbərdarlıq edib. Lakin kiçik bir müdaxilə olarsa, Qərbin "nə etmək barədə mübahisə edəcəyini" söyləyib.

1px transparent line

Ağ Ev vurğulayıb ki, sərhəddə hər hansı bir hərəkət yenilənmiş işğal sayılır, lakin Rusiyanın kiberhücumlar və paramilitar taktika da daxil olmaqla başqa silahlara malik olduğunu vurğulayır.

Pentaqon Rusiyanı işğal üçün bəhanə yaratmaq məqsədilə Rusiya tərəfindən dəstəklənən üsyançılara qarşı təxribat aktları adı altında saxta bayraq əməliyyatı hazırlamaqda ittiham edib. Rusiya bunu təkzib edib.

Ukrayna sorğu

Rusiya həmçinin üsyançıların idarə etdiyi ərazilərdə 500.000 pasport paylayıb ki, istədiyini ala bilməsə, hər hansı hərəkəti öz vətəndaşlarını qorumaq kimi əsaslandıra bilsin.

Bununla belə, əgər Rusiyanın yeganə məqsədi NATO-nu öz həndəvərindən uzaqlaşdırmaqdırsa, bunun uğurlu olacağına dair heç bir əlamət göstərmək olmaz.

NATO-nun 30 üzvü gələcək cəhdlər üçün əl-qolunu bağlamayacağını bildirib. ABŞ dövlət katibinin müavini Wendy Sherman deyib: "Biz heç kimin NATO-nun açıq qapılar siyasətini bağlamasına icazə verməyəcəyik."

Ukrayna qoşulmaq üçün münasib vaxt axtarır və NATO deyir ki, Rusiyanın "bu prosesə müdaxilə etmək, veto qoymaq hüququ yoxdur".

NATO üzvü olmayan İsveç və Finlandiya da Rusiyanın onların alyansla əlaqələrini gücləndirməsinə mane olmaq cəhdini rədd ediblər. "Biz manevr etmək imkanımızı əldən verməyəcəyik," Finlandiyanın baş naziri deyib.

Qərb Ukraynanı hara qədər dəstəkləyəcək?

ABŞ açıq şəkildə bəyan edib ki, Ukraynanın özünə döyüş qoşunları göndərmək planları olmasa da, ölkəyə öz "suveren ərazisini" müdafiə etməkdə kömək öhdəliyi var.

Pentaqon qısa müddətdə Şərqi Avropadakı NATO ölkələrinə yerləşdirilə biləcək 8500 əsgərini döyüşə hazır vəziyyətə gətirib.

Qərbin cəbbəxanasındakı əsas vasitələr sanksiyalar və məsləhətçilər və silahlar şəklində hərbi yardım kimi görünür.

Rusiya və ABŞ prezidentləri bir neçə dəfə video-bağlantı və telefonla danışıblar

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Rusiya və ABŞ prezidentləri bir neçə dəfə video-bağlantı və telefonla danışıblar

Prezident Biden Rusiya liderini Ukraynaya hücum olarsa, "heç vaxt görmədiyi" tədbirlərlə qarşılaşacağı ilə hədələyib. Bəs buraya nə daxildir?

Əsas iqtisadi zərbə Rusiyanın bank sistemini beynəlxalq Swift ödəniş sistemindən ayırmaq olacaq. Bu həmişə ən son çarə olaraq görülüb və bunun ABŞ və Avropa iqtisadiyyatlarına da pis təsir edə biləcəyi barədə narahatlıqlar var.

Prezident Biden, Rusiya Ukraynanı işğal edərsə, Vladimir Putinə qarşı şəxsi sanksiyaları nəzərdən keçirəcəyi xəbərdarlığını edib.

Digər əsas təhlükə Rusiyanın "Şimal axını 2" qaz kəmərinin Almaniyada açılmasına mane olmaqdır və bununla bağlı qərar hal-hazırda Almaniyanın enerji tənzimləyicisi tərəfindən həll edilir.

Qərb həmrəydirmi?

ABŞ prezidenti Ukrayna məsələsində Avropa liderləri ilə "tam yekdillik" olduğunu, lakin Amerika ilə Avropa arasında fikir ayrılıqlarının olduğunu bildirib.

Avropa liderləri, Rusiya ilə ABŞ-ın gələcəklə bağlı qərar verə bilməyəcəyini iddia edirlər. Fransa hətta avropalılara NATO ilə birlikdə işləməyi və sonra Rusiya ilə öz dialoqunu aparmağı təklif edib.

1px transparent line

Ukrayna prezidenti münaqişənin həlli üçün Rusiya ilə yanaşı Fransa və Almaniyanın da iştirakı ilə beynəlxalq sammitin keçirilməsini istəyir.