BBC araşdırması: Rusiya muzdluları - Vaqner qrupu Liviyada vətəndaşlara qarşı hərbi cinayətlər törədib

BBC Dünya xidmətinin araşdırması ortaya çıxarıb ki, Rusiya muzdluları - Vaqner qrupu Liviyada vətəndaşlara qarşı hərbi cinayətlər törədib.

BBC bu araşdırma materiallarını dərc etdikdən sonra Liviya prokurorları keçmiş Liviya lideri Müəmmar Qəddafinin oğlu Səif əl-İslam Qəddafi barədə həbs qəti-imkan tədbiri qərarı verib.

Bu videoda Vaqner qrupunun Liviyada törətdiyi hərbi cinayətlərdən bəhs edilir. Rusiya XİN bu iddiaları rədd edib.

Rusiyalı muzdlu döyüşçülər ilk dəfə 2019-cu ildə Liviyada peyda olub. Onlar üsyançı general Xəlifə Haftarın qüvvələrinə qoşulub və paytaxt Tripolidə BMT-nin dəstəklədiyi hökumətə hücum edib.

Vaqner qrupu ilk dəfə 2014-cü ildə ortaya çıxıb - onlar Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılara yardım edib. Ondan sonra isə onlar Suriya, Mozambik, Sudan və Mərkəzi Afrika Respublikasında vuruşublar.

Azərbaycan əsilli, rusiyalı jurnalist Orxan Camal və həmkarları 2018-ci ildə Mərkəzi Afrika Respublikasında Vaqner muzdluları barədə sənədli film çəkərkən öldürülüb.

Səif əl-İslam Qəddafi çoxdandır ki, Rusiya və Vaqner qrupu ilə əlaqəli olmaqda şübhəli sayılır. O, Moskvanın gələcək Liviya lideri kimi gördüyü namizəd kimi tanınır.