Qanq çayı daşır, koronavirusdan ölənlərin cəsədləri sularda üzür

Diqqət! Məzmun sarsıdıcı ola bilər!

Video açılmırsa, YouTube-dan izləyin.

Hindistanda mövsümi musson yağışlarının yaratdığı daşqınlar Qanq çayında onlarla cəsəd ortaya çıxarıb.

Güman edilir ki, ölkədə Covid-19-a görə ölümlərin tüğyan etdiyi dövrdə - aprel-may aylarında bəzi ailələrin odun almağa imkanları olmadığından, ənənəvi kremasiya əvəzinə, cəsədləri Qanq çayına endirib və ya sahil boyu qumluqlarda basdırıblar.

İndi musson yağışları həmin məzarlıqların qumunu yuyaraq, cəsədlərin üstünü açıb.

Ölkənin şimalında yerləşən Allahabad şəhərinin rəsmi nümayəndəsi Neeraj Kumar Singh son 3 həftə ərzində 150-dək cəsədin kremasiya olunduğunu deyib.

"Təxminlərə görə, həmin ərazidə 500-600 cəsəd basdırılıb. Biz onları çıxarmırıq, suyun üzünə qalxan cəsədləri kremasiya edirik", - o deyib.

Baş vermiş hadisə Hindistanda Covid-19-dan ölənlərin sayının əslində bir milyondan çox olduğuna dair şübhələr doğurub. Rəsmi rəqəmlərə görə, Hindistanda Covid-19-dan ölənlərin sayı 400 min nəfərdir.

Həmçinin oxuyun: