You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İyun istiləri: Azərbaycandan tutmuş Kanadayadək - şəkillərdə
Azərbaycandan tutmuş Kanadayadək dünyanın müxtəlif yerlərində isti havalar hökm sürür. Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib ki, ilin ilk isti dalğası yaşansa da, qarşıdan daha isti iyul və avqust ayları gəlir.
Şimali Amerika və Avrasiyanın bəzi bölgələrində anomal istilər rekord dərəcəyə çatıb.
Kanadanın qərbindəki Lytton şəhərində istilər 84 illik rekordu yeniləyib. Ötən həftə sonu burada 46.6C istilər qeydə alıb.
İstilər Kanadanın cənubundakı ABŞ ştatlarında da yaşanır.
ABŞ Milli Hava Xidməti yeni rekordlar təsis edən isti hava dalğasını "tarixi" kimi səciyyələndirir.
Oreqon ştatı kondisionerli məkanlara və hovuzlara girişi asanlaşdırmaq üçün bəzi koronavirus məhdudiyyətləri yumşaldılıb.
Ötən bazar günü, Moskva da daxil Rusiya boyunca hökm sürən istilər, sinoptiklərin fikrincə, bu həftənin sonuna qədər davam edəcək.
Moskvada istilər 120 illik rekordu yeniləyib.
Sosial mediada yayılan şəkillərdə insanların, hovuz, çay və göl sahillərinə üz tutduğunu görmək olar.
İstilər həmçinin bəzi Baltikyanı və Şərqi Avropa ölkələrində elektrik enerjisinin dəyərinin artmasına səbəb olub.
Bu barədə Litvanın energetika şəbəkəsini idarə edən Litgrid şirkəti bildirir.
İsti havaların yayılması səbəbindən keçən həftə iş günlərinin azalmasına baxmayaraq, istehlak artıb və bütün Baltikyanı bölgədə qiymətlər 12 faizədək yüksəlib, şirkətin saytındakı məlumatda deyilir.