Şahzadə Philip: Kraliça və Kraliyyət Ailəsi dəfn mərasimində

Videonun alt yazısı, Şahzadə Philip-lə vidalaşma

Aprelin 17-də Windsor Qəsrində Edinburq Hersoqu, Şahzadə Philip-in dəfn mərasimi keçirilib.

Kraliça Müqəddəs George Kilsəsinə avtomobillə gəlib. Onların dörd övladı, üç nəvəsi isə tabutun daşındığı Land Rover avtomobilinin arxasınca addımlayıblar.

Şahzadə Philip 9 apreldə, 99 yaşında vəfat edib.