Navalnının əhvalatında casuslar, saraylar və zəhər çəkilmiş alt paltarı var. Nəyi bilmək vacibdir?
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Vladimir Putin 1999-cu ildən bəri Rusiya siyasətinə hakimdir - prezident kimi iki dəfə - və sonra Baş nazir kimi və daha sonra yenidən prezident kimi. Və bir daha prezident kimi. O, konstitusiyanı dəyişdi və indi, 2024-cü ildə yenidən öz namizədliyini prezidentliyə irəli sürə bilər və 2036-cı ilə qədər hakimiyyətdə qala bilər... O zamana onun 84 yaşı olacaq.
Və burada Aleksey Navalnı peyda olur - sözünü deyən bloqçu, korrupsiya ilə mübarizə fəalı və cənab Putinin ən sərt tənqidçisi.
Sosial mediada Navalnının milyonlarla izləyicisi var və o deyir ki, postlarında yaydığı məlumat Putin Rusiyasının mərkəzində baş verən korrupsiyanın miqyasını göstərir.
Onun minlərlə tərəfdarı var və onlar onu dəstəkləmək üçün həbs olunma riski altında küçələrə çıxmağa hazırdırlar. Lakin keçən ilin avqustunda baş verənlərin Navalnının əhvalatında ayrıca bir yeri var.
Sibir üzərində təyyarədə uçarkən Navalnının halı gözlənilmədən kəskin pisləşir. O, təcili olaraq Almaniyadakı xəstəxanaya çatdırılır. Navalnı iki həftə ərzində koma vəziyyətində olur və ona sinir agenti - və ya Noviçok deyilən kimyəvi silahla zəhərlənmə diaqnozu qoyulur, Kreml bu iddianı rədd edir.






