Video: Ayasofya namaza açıldı - 86 il sonra ilk namaz bu gün qılınıb

Video açılmırsa, YouTube-da izləyin.

Ayasofya 86 il sonra, ilk dəfə müsəlmanların cümə ibadətlərinə açılır.

Cümə namazına Türkiyə prezidenti Recep Tayyip Erdoğan da daxil olmaqla, bir sıra rəsmilər qatılıb.

Məscidə çevrilmiş Ayasofyada qadınların namaz qılması üçün iki, kişilər üçün isə 3 yer ayrılıb.

UNESCO-nun dünya mədəniyyəti irsi siyahısına daxil olan Ayasofya 916 il kilsə, 481 il məscid və 80 ildən artıq bir dövr ərzində muzey kimi istifadə olunub.

İyul ayının əvvəllərində Türkiyə məhkəməsi Ayasofyanın muzey statusunu ləğv edərək, onun məsciddən başqa bir funksiya daşımasını "qanunla mümkünsüz" olduğunu bildirib.

Bundan sonra Türkiyə Prezidenti Recep Tayyip Erdoğan onun muzeydən məscidə çevrilməsi barədə fərman imzalayıb.

Onun bu addımı dini və siyasi liderlərin beynəlxalq tənqidinə səbəb olub.