Qaçqınlar, xaos və karantin dövründə Ramazan. Koronavirus Yaxın Şərqdə həyatı necə dəyişib?

Ramazan birlik, kütləvi yığıncaqlar və ünsiyyət ayıdır. Ancaq bu il vəziyyət fərqlidir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Ramazan birlik, kütləvi yığıncaqlar və ünsiyyət ayıdır. Ancaq bu il vəziyyət fərqlidir
    • Müəllif, Kseniya Qogitidze
    • Vəzifə, BBC Rusca

Koronavirus pandemiyası daxili ziddiyyətlərdən, vətəndaş müharibələrindən, qaçqın axınından, neftin ucuzlaşmasından, kasıblıqdan və əhalinin narazılığından zəifləmiş Yaxın Şərq ölkələrinə də çatdı. Konfliktlərdən və iqtisadi böhranlardan əziyyət çəkən bu ən qaynar bölgədə indi əlavə problemlər də yaranacaq.

Regional konfliktlər müvəqqəti olaraq dayanıb, ənənəvi düşmənlər arasında ehtiyatlı diplomatik "istiləşmə" yaranıb, ancaq çoxəsrlik dinlərarası ziddiyyətlər və əhalinin hökumətlərə inamsızlığı daha çox üzə çıxıb.

Neftin sürətlə ucuzlaşması və OPEK+ ölkələrinin hasilatı azaltmaqla bağlı razılığa gələ bilməməsi regionun ən varlı dövlətlərinə - Fars körfəzi ölkələrinə ciddi ziyan vuracaq.

Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, Yaxın Şərq və Şimali Afrika ölkələrinin, Əfqanıstan və Pakistanın iqtisadiyyatı ötənilki 0,7 faizlik artımdan sonra bu il 3,1 faiz həcmində kiçiləcək.

Pandemiya bəzi ölkələr üçün çoxsaylı etiraz aksiyalarına son vermək fürsəti yaradıb: koronavirusa görə iki nəfərdən artıq şəxsin bir yerə toplaşmaması qaydası İraqda və Pakistanda ötən ilin payızından başlamış aksiyaları dayandırıb.

koronavirus
xətt

Humanitar təşkilatlar qaçqın düşərgələrində saxlanan insanların taleyindən daha çox narahatdırlar - o qələbəlikdə həkimlərin məsləhətlərinə necə əməl olunduğunu yoxlamaq mümkün deyil.

"Su qıtlığı olan yerdə əlləri necə tez-tez yumaq olar? Yüzlərlə adamın eyni ərazidə yaşadığı yerdə sosial məsafəni necə qorumaq olar?" - "Save The Children" təşkilatının Suriya şöbəsinin rəhbəri Sonia Khush belə deyir.

Təl-Əviv Universitetinin Milli Təhlükəsizlik İnstitutunun (İNSS) rəhbəri Amos Yadlinsə hesab edir ki, "Yaxın Şərq boğazına qədər problem içindədir, koronavirus sadəcə onlardan biridir".

O, pandemiyanın regiondakı qüvvələr nisbətini dəyişəcəyini düşünmür: şiələr və sünnilər arasında ziddiyyətlər davam edəcək, Fələstin-İsrail konflikti həll olunmayacaq, regiondakı vətəndaş müharibələri yenidən alovlanacaq:

"Koronavirus onsuz da problemlərlə yüklənmiş regiona daha bir problem əlavə edəcək".

Rəsmi statistikaya inansaq, dünyanın digər yerləriylə müqayisədə pandemiya Yaxın Şərqdə daha az yayılıb. Ancaq planetin ən qaynar yerində virusdan ölənlərin azlığına inanlar o qədər də çox deyil. Yerli hökumətlərin açıqladıqları rəqəmlərə nəinki onların tənqidçiləri, elə ÜST məmurları da şübhəylə yanaşırlar. Bunun bir neçə səbəbi var: regionda test qıtlığı var, hökumətlər pandemiyanın miqyasını etiraf etmək istəmirlər, qanlı müharibələr bu ölkələrin səhiyyə sistemlərini darmadağın edib, insanlar xəstəxanalara getməkdənsə, evlərində ölməyə üstünlük verirlər.

Regionun, demək olar ki, bütün ölkələrində məhdudlaşdırma tədbirləri tətbiq olunub, İordaniya və Suriyada komendant saatı var. Varlı dövlətlər kasıb qonşularına yardım etməyə çalışırlar - məsələn, Küveyt İraqa, BƏƏ isə İrana.

Adətən, qohumlarla, dost-tanışla birlikdə qeyd edilən Ramazan bayramı pandemiya dövründə fərqli şəkil alacaq. Ancaq koronavirusdan qorunmaqla bağlı tövsiyələrə bütün ölkələrdə əməl olunacaqmı?

Hakimiyyətə inamsızlıq, kiçildilən rəqəmlər, uzaqdakı düşmən

Tehran. İctimai nəqliyyatda sosial məsafə şərtinə əməl edirlər

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Tehran. İctimai nəqliyyatda sosial məsafə şərtinə əməl edirlər

Yaxın Şərqdə xəstəliyin ilk episentri İran oldu və regionun digər ölkələrinə koronavirus məhz burdan yayıldı. Hakimiyyət virusun təhlükəli olduğunu dərhal anlamadı, şiələr üçün müqəddəs olan Qum şəhərinə ziyarəti və Çinə səyəhatləri vaxtında dayandırılmadı. Epidemiyanın başlanğıcında yüksək çinli məmurlar amerikalıları günahlandırdılar, İranın ali dini lideri Əli Xameneyi isə ABŞ tərəfindən reallaşdırılmış "bioloji hücum" barədə danışdı. Hazırda hökumət virusun ölkədə hələ uzun müddət qalacağını etiraf edir, ancaq əhalini inandırmağa çalışır ki, situasiya nəzarət altındadır. Epidemiyanın mövcudluğuna əvvəl sadə insanlar da inanmamışdılar və hətta İranın Yeni ili olan Novruz bayramını qeyd etmişdilər. "Radio Farda"nın - "Azadlıq Radiosu"nun İran şöbəsinin jurnalisti Hanna Kaviani əhalinin hakimiyyətə inamsızlığını epidemiyanı dərhal nəzarətə almağa mane olan səbəblərdən biri hesab edir.

Prezident Həsən Ruhani koronavirusu "allahın sınağı" adlandırıb və xəbərdarlıq edib ki, o, tezliklə yox olmayacaq. Amerikanın İrana tətbiq etdiyi sanksiyalar xəstəxanalar üçün xaricdən avadanlıq almağı çətinləşdirib. Bu sanksiyaları ləğv etmək çağırışları səslənsə də, ABŞ onların müddətini uzadıb.

Suriya hökuməti Dəməşqin küçələrini yudurur

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Suriya hökuməti Dəməşqin küçələrini yudurur

Suriya hökuməti martın sonunda ölkədə cəmi bir nəfərin virusa yoluxduğunu açıqlayıb, indiyə qədərsə sadəcə 3 nəfərin öldüyü bildirilir. Ancaq ekspertlər bu rəqəmlərə şübhəylə yanaşırlar. Martın sonuna kimi Dəməşqin məscidləri İran və İraqdan gələn zəvvarların ziyarətinə açıq olub, Suriya ordusu tərəfdən vuruşan döyüşçülər ölkə daxilində sərbəst şəkildə hərəkət ediblər. Martın əvvəlində ölkədə komendant saatı tətbiq edilib; əyalətlərə gediş-gəliş qadağan olunub; məktəblər, bazarlar və restoranlar qapadılıb.

Ramazanın girməsinə bir neçə gün qalmış hökumət bəzi biznes sahələrinin, o cümlədən, gözəllik salonlarının və bərbərxanaların həftənin bir neçə günü saat 8-dən 15-ə kimi fəaliyyətinə icazə verib. Rəsmi KİV yoluxma təhlükəsi barədə çoxsaylı süjetlər yayımlayaraq əhalini evdə qalmağa çağırıb. Qeyri-rəsmi mətbuat orqanları isə hakimiyyəti epidemiyanın həqiqi miqyasını gizlətməkdə günahlandırıb. Baş ofisi Britaniyada yerləşən İnsan Haqlarına Nəzarət Mərkəzi səhiyyə sistemindəki mənbələrə istinadən xəstələnənlərin 39 yox (rəsmi statistika), 98 olduğunu bildirir və qeyd edir ki, virus ölkəyə əsasən Əsəd tərəfdən vuruşan əcnəbi döyüşçülər tərəfindən gətirilib.

Artıq 10 ildir ki, Suriyada sonu görünməyən qanlı döyüşlər gedir, ona görə də rəsmi dairələrin açıqladığı rəqəmlər ciddi şübhə doğurur. Rəsmi Dəməşq bütün ölkəyə nəzarət etsə də, üsyançıların əlində olan İdlibdə və kürdlərin əlində olan şimal və şimal-şərq rayonlarında nə baş verdiyi tam olaraq bilmir. Test yoxlaması ancaq rəsmi hakimiyyətin nəzarətindəki bölgələrdə aparılır, o da çox az sayda.

Aprelin 19-da Suriya hökuməti bəzi biznes sahələrinin fəaliyyətinə icazə verib

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Aprelin 19-da Suriya hökuməti bəzi biznes sahələrinin fəaliyyətinə icazə verib

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, epidemiyanın növbəti episentri məhz Suriyanın şimalı - üsyançıların nəzarətindəki bölgələr ola bilər. Suriyanın müttəfiqi Rusiyayla Türkiyə arasında martın 5-də əldə olunmuş atəşkəs epidemiyanın başlanğıcına təsadüf edib və regional münaqişədə fasilə yaranıb. Türkiyə yönlü qüvvələrin və cihadçıların nəzarətindəki ərazilərdə rəsmi olaraq heç bir yoluxma faktı açıqlanmayıb.

Müharibə Suriyanın bu ərazilərdəki səhiyyə sistemini tamamilə darmadağın edib, kənar müşahidəçilər dəfələrlə Suriya və Rusiya qüvvələrini xəstəxanalara bilərəkdən atəş açmaqda günahlandırıblar. Hər iki ölkə bu iddiaları təkzib edib. Hələ martın ortalarında şiə qruplaşması olan "Hizbullah"ı İrandan virus gətirməkdə günahlandırıblar, ancaq qrupun üzvləri buna cavab verməyərək payız və qışda əldən verdikləri legitimliklərini bərpa etmək üçün epidemiyadan yararlanmaq taktikası seçiblər. Qruplaşmanın lideri Həsən Nəsrulla koronavirusu müharibəylə müqayisə edib və deyib ki, bütün ölkə ona qalib gəlmək üçün birləşib.

"Hizbullah" minlərlə könüllü, tibb bacısı və həkimi səfərbər edib, mobil hospitallar açıb, şəxsi klinikalar icarəyə götürüb. İndiyə qədər bu radikal təşkilata qarşı olan livanlılar belə onun fəaliyyətini təqdir etməyə başlayıblar. Washington institutunun eksperti Hanin Ghaddar-ın dediyi kimi, "Hizbullah" koronavirusla mübarizəylə yanaşı, Livanın mərkəzi bankındakı vacib təyinatlara da təsir etməyə çalışır və payızdakı etiraz aksiyalarına qatılanları həbs edir.

Bu ölkədə epidemiya ağır iqtisadi böhranla üst-üstə düşüb. BVF-nin proqnozuna görə, Livan iqtisadiyyatı 2020-ci ildə 12 faiz kiçiləcək - region üzrə bu, ən ciddi azalma olacaq. Təl-Əviv Universitetinin araşdırmaçılarından biri Orna Mizrahi deyir ki, işsizlərə yardım etmək üçün nə Livanın, nə də Suriyanın pulu var və insanlar koronavirsdan yox, acından ölməkdən qorxurlar. Onlar yoluxma təhlükəsinə rəğmən aksiyalara çıxmağa hazırdırlar, ən fəal iştirakçılarsa hazırda maşınlarında oturaraq bunu edirlər.

livan, etiraz

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Koronavirus etiraz aksiyalarını səngitmişdi, ancaq ən fəal iştirakçılar indi maşınlarından çıxmadan narazılıqlarını bildirirlər

Siyasi və iqtisadi böhran məngənəsində olan İraqda da oxşar durum yaranıb - ölkədə hələ də hökumət formalaşdırılmayıb, neftin az qala 50 faiz ucuzlaşması vəziyyəti gərginləşdirib. İraq hasilatın həcminə görə OPEK-in ikinci ölkəsidir, dövlət gəlirlərinin 93 faizini neft pulları təşkil edir. "Ya sən virusa yoluxmaq təhlükəsini gözə alıb küçəyə çıxırsan və nəticə etibarilə sağ qala bilərsən, ya da evdə oturursan və acından, az yeməkdən ölürsən" - iraqlı həkimlərdən biri "L'Orient-Le Jour" nəşrinə müsahibəsində belə deyib.

Sonuncusu İŞİD-ə qarşı olan çoxsaylı müharibələrdə ciddi şəkildə zərər görmüş səhiyyə sisteminə dövlət büdcəsindən yalnız 2,5 faiz vəsait ayrılır. ÜST-ün məlumatına görə, bu ölkədə hər 10 min adama 4 çarpayı düşür.

Bağdad bazarı. Hökumət karantin şərtlərini bir az zəiflədən kimi insanlar sosial məsafə şərtini unudublar

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Bağdad bazarı. Hökumət karantin şərtlərini bir az zəiflədən kimi insanlar sosial məsafə şərtini unudublar

İraqda 1800-dən çox yoluxma, 85-dən çox ölüm faktı olduğu bildirilir. Ancaq "Chatham House" təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə nümayəndəsi Renad Mənsur deyir ki, koronavirus xəstəsi kimi tanınmaqdan qorxan insanlar xəstəxanalara müraciət etmirlər. Damğalanmaq qorxusu çox güclü olduğu üçün onlar evlərində ölməyə üstünlük verirlər. Çoxları rəsmi səhiyyə sisteminə etibar etmir və bu, yoluxma hallarının dəqiq sayını müəyyənləşdirməyə mane olur.

Səhiyyənin vəziyyəti barədə kitab yazmış antropoloq Ömər Dəvəçi qeyd edib ki, son 16 ildə İraq siyasi karantin vəziyyətində yaşayıb, dinlərarası toqquşmalardan qorxan insanlar proseslərdən kənarda qalmağa çalışıblar.

Hazırda İraq hökuməti Ramazana görə karantin şərtlərini nisbətən yumşaldıb və şəkillərdən də göründüyü kimi, insanlar iftar bazarlığı üçün bazarlara axın ediblər.

Suriyanın, ona qonşu olan Türkiyə, İordaniya və Livanın qaçqın düşərgələrində, o cümlədən, məhbusların saxlanıldığı düşərgələrdə baş verənləri "saatlı bomba" adlandırırlar. Çoxsaylı müharibələr və konfliktlər dünyada təxminən 70 milyon insanın qaçqın olmasıyla nəticələnib. "Qaçqınların İşi üzrə Norveç Şurası" adlı beynəlxalq humanitar təşkilatın əməkdaşı Basma Alloush-un sözlərinə görə, onların yarıdan çoxu Yaxın Şərqdədir.

"Save The Children" humanitar təşkilatının hesablamalarına görə, 13 ildir ki, İsrail və Misir tərəfindən blokadaya alınmış Qəzza zolağında hər iki milyon adama cəmi 7 çarpayı və 62 süni tənəffüs aparatı düşür.

Neft və yardım

İran körfəzi ölkələri həqiqətən də tez hərəkətə keçdilər, test yoxlamaları üçün pul ayırdılar, karantin tədbirləri tətbiq edib bəzi qonşularına kömək etməyə başladılar. Məsələn, Küveyt İrana, BƏƏ İraka, Qətər Livana, Yəmənə və Fələstin ərazilərinə yardım etdi. Ancaq bu arada çoxəsrlik münaqişələr də kəskinləşdi - əsasən sünnilərin yaşadığı Səudiyyə Ərəbistanı və Bəhreyn şiə İranı infeksiyanı yaymaqda ittiham etdi, Bəhreynin daxili işlər naziri isə bir qədər də uzağa gedib İranın davranışını bioloji aqressiya adlandıraraq bu ölkənin məmurlarını məhkəməyə verdi.

Məkkə və Mədinə ziyarətlərini ilk olaraq Səudiyyə Ərəbistanı dayandırıb, kütləvi dini tədbirləri qadağan etdi, əhaliyə israrla məsləhət gördü ki, bütün Ramazan boyu evdə qalsınlar, qohum ziyarətlərinə getməsinlər. Həcc ziyarətinin taleyi isə hələ ki, sual altındadır.

Kəbə

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Müsəlmanların ən müqəddəs ziyarətgahı olan Kəbənin ətrafı heç vaxt belə boş olmamışdı

Fars körfəzi ölkələrinin indi iki problemi var - koronavirus və neftin qəfil ucuzlaşması. Regiondakı ərəb monarxiyalarının iqtisadiyyatı, demək olar ki, tamamən neft üzərində qurulub. Epidemiyayla mübarizə üçün bu ölkələrin daha çox resursu var - Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ karantindən zərər çəkən biznes sahələrinə yardım üçün milyardlarla dollar vəsait ayırıblar, ancaq Bəhreyn və Oman biznesə dəstək üçün başqa dövlətlərdən borc götürməli olacaqlar.

Bağdadda Ramazan bazarlığı

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Ramazan hazırlıqları sosial məsafə şərtini unutmağa məcbur edib

Pandemiya Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanın postneft dövrünə keçid islahatlarıyla bağlı ümidini boşa çıxaracaq. "Chatham House" təşkilatının eksperti Kristian Coates Ulrichsen-in sözlərinə görə, bin Salman turizm və xidmət sektorlarını inkişaf etdirməyi planlaşdırırdı, ancaq koronavirusdan ən çox ziyan çəkən məhz bu sahələr olaca

Regionun əsas geopolitik münaqişəsi - Qətərin artıq üç ilə yaxındır ki, Səudiyyə Ərəbistanı və və digər körfəz ölkələri tərəfindən blokadaya alınması da tədricən arxa plana keçir. İranla əlaqələri olan bu ölkəni 2017-ci ildə regiondakı müxtəlif terror qruplaşmalarını maliyyələşdirməkdə günahlandırmışdılar, ancaq rəsmi Doha bu iddiaları rədd edir.

Digər ərəb ölkələri

  • İordaniyada ən sərt karantin tədbirlərindən birini nisbətən yumşaldıblar - bu ölkədə komendant saatı var və hər axşam saat 6-da sirena onun başladığını xəbər verir. Evdən çıxmaq qadağası sonrakı gün səhər 10-a qədər davam edir. İcazə saatlarında insanlar sadəcə yaşadıqları ərazidə və ancaq piyada hərəkət edə bilərlər - yaxınlıqdakı mağazaya getmək üçün. Avtomobildən istifadəyə ancaq aparıcı sahələrin işçilərinə icazə verilir. Namazlar, kilsə xidmətləri və dəfnlər də daxil, bütün tədbirlər qadağan olunub.
  • Şimali Afrikada yoluxma halları hələ ki, çox deyil. Ancaq Yaxın Şərq ölkələrində olduğu kimi, burda da test yoxlamalarının sayca az olmasından və statistikanın reallığı əks etdirməməsindən narahatdırlar.
  • Aprelin 9-da Yəmən şiə üsyançılara - husilərə qarşı müharibədə ona yardım üçün yaradılmış və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın iki həftəlik atəşkəs elan etdiyini açıqlayıb. Regionun bu ən kasıb ölkəsində müharibə altı ildir ki, davam edir, rəsmi statistika isə virusa cəmi bir nəfərin yoluxduğunu göstərir.
  • Liviyada vətəndaş müharibəsi nəinki səngiməyib, əksinə, daha da alovlanıb. Rəsmi Liviya hökumətinin başçısı Faiz Sərrac ölkənin şərqində general Xəlifə Həftarın rəhbərlik etdiyi birləşmələrə qarşı hücuma keçib. 2011-ci ildə Müəmmər Qəddafi hakimiyyətdən uzaqlaşdırılandan sonra güclü mərkəzi hakimiyyətin yaranmadığı bu ölkədə virusa cəmi 61 nəfərin yoluxduğu bildirilir. Müqayisə üçün deyək ki, qonşu Tunisdə 949, Misirdə isə 4500-dən çox nəfərə "Covid-19" diaqnozu qoyulub.q.