Koronavirus karantini zamanı qadınlara qarşı şiddət halları arta bilər - BMT Qadınlar təşkilatı

Videonun alt yazısı, Koronavirus karantini zamanı qadınlara qarşı şiddət halları arta bilər

BMT Qadınlar təşkilatı bildirib ki, bəzi ölkələrdə daha aşağı sosial-iqtisadi durumda olan qadınlar məişət zorakılığı halları barədə məlumat verə bilmirlər, çünki onlar bir və ya ikiotaqlı evlərdə onları təhqir edənlərlə birlikdə yaşayırlar.

"Biz karantin zamanı müraciətlərin sayının azalacağını gözləyirik və bu sükut daha narahatedici olacaq. Yalnız Qərbi Afrikada Ebolanın ən dəhşətli epidemiyasından bir neçə ay sonra ölkəmizdə cinsi əlamətə görə şiddətin artdığını öyrəndik", təşkilatın icraçı direktoru Phumzile Mlambo-Ngcuka BBC-yə bildirib.

BBC Hindistanda və ABŞ-da onlara zorakılıq edən kişilərlə bərabər karantində olduğunu deyən iki qadınla söhbət edib.