Koronavirus rekordu: İtaliyada bir gün ərzində virusa yoluxan 793 nəfər ölüb

Şəklin mənbəyi, Getty Images
İtaliyada son bir gün ərzində koronavirus infeksiyası səbəbiylə 793 xəstə ölüb.
Nəticədə koronavirusdan İtaliyada ölənlərin ümumi sayı ötən gün 4 825 nəfərə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada gündə koronavirus infeksiyası hallarının ümumi sayı 32000 nəfər artaraq 266000 nəfərə çatıb, 11 mindən çox xəstə koronavirusdan ölüb.
Johns Hopkins Universiteti dünyada koronavirus hallarının sayının artıq 300 mini keçdiyini bildirib.
Cümə axşamı İtaliya koronavirus qurbanlarının sayına görə hətta Çini də geridə qoyub.
Hazırda İtaliya sakinlərinin 53 578 nəfərində Covid-19 diaqnozu təsdiqlənib.
Koronavirusun ən geniş miqyasda yayıldığı Lombardiya bölgəsində infeksiyanın yayılmasına qarşı daha sərt tədbirlər tətbiq edilib.
Şənbə günü axşamdan tətbiq edilən yeni qaydalara görə, küçədə idmanla məşğul olmaq və digər növ fiziki fəaliyyətlə məşğul olmaq qadağandır.
Satış avtomatlarından istifadəyə də qadağa qoyulub.Mühüm tədarük əməliyyatları istisna olmaqla, bütün biznes əməliyyatlarını dayandırmaq əmri verilir.
Tikinti işləri (xəstəxanalar istisna olmaqla), eləcə də açıq havada fəaliyyət göstərən bütün market və bazarların işi dayandırılıb.
Lombardiyada koronavirusdan 3095 ölüm halı qeydə alınıb.
- İstanbuldan avtobusla Naxçıvana göndərilən azərbaycanlı: "Hamı gözləyir ki, gömrükdə necə olacaq"
- İstanbul hava limanında nə baş verir? - Azərbaycanlı tələbələr danışır
- Azərbaycanda koronavirus: toy və yaslara qadağa, apteklər və mağazalar əvvəlki kimi işləyəcək
- Azərbaycana necə qayıdacağam? 6 suala cavabda
- Koronavirus: maskaları kim, harada və necə taxmalı?









