You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Qızılgül, papaq, masaj... 2019-cu ildə onları nə birləşdirir?
Video açılmırsa, YouTube-dan izləyin.
UNESCO təşkilatı hər il dünyadakı mədəniyyət nümunələrinə aid yeni siyahısını açıqlayır. Təşkilat bu siyahını bəşəriyyətin "qeyri-maddi irsi" adlandırır.
2019-cu ilin siyahısı da çox rəngarəngdir.
Bu siyahıya Perunun Milad rəqsi və İndoneziyanın əlbəyaxa döyüş sənəti düşüb.
İndoneziyanın "Pencək silat" adlı məşhur döyüş sənət növü VI əsrə aiddir.
Qırğızların papaq tikmək sənəti də "qeyri-maddi irsə" əlavə olunub.
"Kalpak" adlı papaqlar bu Orta Asiya ölkəsinin milli simvoludur.
Siyahıda ərəblərin xurma yetişdirmək ənənəsi də öz yerini tapıb.
Mərakeşin musiqi ənənəsi də tanınıb. Qnava qaradərili afrikalıların Mərakeşə gətirdiyi xalq musiqisidir.
Qızılgüllərinin bu siyahıya düşməsi isə suriyalıları sevindirib.
Dəməşq qızılgülünü yetişdirmək tay masajı kimi qədim ənənədir.
Hər iki ənənə 40-dan çox qeyri-maddi nümunəni bir araya gətirən UNESCO siyahısına daxil edilib.