Bunlar dünyanın ən yumru heyvanlarıdırmı?

Bu məxluqun yumruluğu zərurətdən doğub

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bu məxluqun yumruluğu zərurətdən doğub
    • Müəllif, Rosie Turner
    • Vəzifə, BBC

Dünyada bir çox heyvan var və onların bir qismi yumrudur.

Onların yumruluğu göz oxşamaqla yanaşı bu heyvanlara onları əhatə edən vəhşi təbiət mühitində təhlükələrdən qorunmağa kömək edir.

Heyvanlar aləminin yumruformalı bəzi nümayəndələrinə burada nəzər salınır.

Puffer balığı

Müdafiə vəziyyəti

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bu balıq müdafiə rolunmaq üçün özünü şişirdib.

"Tetraodontidae" adlanan balıq ailəsinə aid edilən bu balıqlara ingiliscə "pufferfish" və ya "blowfish" də deyilir.

Həyatları üçün təhlükə yaranan anlarda bu balıqlar özlərini müdafiə etmək üçün bədənlərini şişirdib top şəklinə salırlar.

Balıq buna elastik mədəsinə böyük həcmdə su yığmaqla nail olur - nəticədə, digər balıqlar üçün bu topabənzər balığı udmaq çətin bir məsələyə çevrilir.

Bu balıqlar məzəli görünsə də, onlara toxunmaq olmaz.

Çünki bu balıqların 200-dən çox növündə sianiddən 1200 dəfə daha çox zəhərli olan tetrodotoksin adlı neyrotoksin var.

Bu balıqların bəzilərinin isə dərisi tikanlarla doludur.

Buna baxmayaraq, Asiya restoranlarında bu balıqdan lzzətli delikateslər hazırlanır.

Zirehlilər

Armadillo özünü "zirehə" bürüyə bilir

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Armadillo özünü "zirehə" bürüyə bilir

"Armadillo" ispanca "kiçik zirehlili" deməkdir .

Bu heyvanların 21 növü mövcuddur, onlardan ən xırdasının çəmi 9-12 sm uzunluğu var.

Zirehlilər günün böyük hissəsini yuxulayır, ümumilikdə gündə təxminən 16 saat yatırlar.

Armadillos, yuxulu dairələrdir və gündə təxminən 16 saat yatırlar.

Onların rəngi çox vaxt qırmızı, sarı, boz, qara və çəhrayı çalarlarda olur.

Adi yapalaq

Yapalaqca bayquşlar cütləşmə mövsümündə erkək və dişi quşdan ibarət duet halında səs çıxarırlar

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Yapalaqca bayquşlar cütləşmə mövsümündə erkək və dişi quşdan ibarət duet halında səs çıxarırlar

Adi yapalaq və ya kürən bayquş (Strix aluco) məskəni Britaniyada olan yerli bayquşların ən irisidir.

Onlar tüklü, dəyirmi başını 270 dərəcəyədək döndərə bilir və bu xüsusiyyət bu quşlara ov ovlamaqda kömək edir.

Cütləşmə mövsümündə erkək bayquş adətən çağırış mahnısını uzun bir "hoooo" səsi çıxarmaqla başlayır, sonra yumşaq "hu" ilə savam edir və "huhuhooooo" ilə bitirir.

Dişi bayquş erkək quşun çağırış mahnısına "Kee-uick" səsi çıxarıraraq cavab verir və cütlük duet yaradır.

Halqaşəkilli suiti

Halqaşəkilli suitilər sıçrayış zamanı 30 km/saat sürətlə hərəkət edirlər

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Halqaşəkilli suitilər sıçrayış zamanı 30 km/saat sürətlə hərəkət edirlər

Suitiləri arasında ən kiçikölçülü növ Halqaşəkilli sitiləridir.

Halqaşəkilli suitiləri tənha yaşamağı üstünlük verir və yalnız cütləşmə dövrlərində bir araya gəlirlər.

Bu yuvarlaq suitilər orta hesabla 10 km/saat sürətlə üzürlər, lakin sıçrayış edərkən 30 km/saat sürətə çata bilərlər.

Halqaşəkilli suitilər orta hesabla 25-30 il yaşayır.

Kirpi

Kirpi özünü qorumaq üçün təhlükəli anlarda bədənini top halına salır

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kirpi özünü qorumaq üçün təhlükəli anlarda bədənini top halına salır.

Kirpilər yırtıcılardan qorunmaq üçün özlərini tikanlı top şəklinə yığır.

Yumru top formasına yığılmaq kirpilərə bədənlərinin tikansız hissəsini qorumağa imkan verir.

Avropa, Asiya və Afrikada 15 növ kirpi var, onların hamısı gecə həyatı sürürür.