Doqquz yaşlı vunderkind Hollandiya universitetindən məzun olacaq

Şəklin mənbəyi, laurent.simons/Instagram
Universitetə bir il öncə qəbul olmuş Laurent Simons elektrik mühəndisliyi fakültəsində oxuyur.
O, orta məktəbin altı illik proqramını cəmi 1,5 il ərzində mənimsəmiş və ötən yay, səkkiz yaşında ikən orta təhsili bitirdiyinə dair sənəd alıb.
Laurent yaz tətilindən sonra universitetdə oxumağa başlayıb, proqramını bütün sinif yoldaşlarından daha sürətli mənimsəyib.
9 yaşlı hollandiyalı Laurent Simons Eindhoven Texniki Universitetini bitirəndə ən gənc diplom sahibi olacaq.
Onun bu yolda sələfi 10 yaşlı Alabama məzunu amerikalı Maykl Carneydir.
Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu Instagram, 1
Uşağın IQ-sü 145-ə bərabərdir.
Laurent-in sevimli fənni riyaziyyatdır, çünki bura statistika, cəbr və həndəsə daxildir.
Gələcəkdə o, kardioloq-cərrah olmaq istəyir. Hələ məktbədə ikən Laurent Amsterdam Universitetinin tibb fakültəsində kurs keçib.
Laurent Simonsun sözlərinə görə, o, insan ömrünü uzatmaq üçün vasitə tapmaq istəyir.
Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu Instagram, 2
Laurent Simons-un anası Hollandiyadandır, atası isə Belçikalıdır. Laurent özü Belçikada doğulub, sonradan ailə Hollandiyaya köçüb.
Valideynlərin sözlərinə görə, onlar çoxdan anlayıblar ki, ailədə vunderkind böyüyür. Atası danışır ki, oğlu oyuncaqlarla xüsusi maraqlanmayıb və yaşıdlarından seçilib.
"Əgər o sabah qərar versə ki, dülgər olacaq, bu bizim üçün problem olmaz. Əsas odur ki, bu onu xoşbəxt etsin", -Laurent Simons-un atası deyir.









