Şəkillərdə: İran-ABŞ girov böhranından 40 il keçir

Düz 40 il əvvəl, 4 noyabr 1979-cu ildə "İmam Xomeynini" dəstəkləyən minlərlə iranlı tələbə ABŞ-ın Tehrandakı səfirliyinə basqın etdi.

Fəallar 444 gün ərzində 52 nəfəri girov saxladılar. İranda İslam İnqilabına rəhbərlik edən Ayətullah Ruhullah Xomeyni, ABŞ səfirliyinin işğalını "ikinci inqilab" kimi səciyyələndirdi.

Bu hadisəyə görə Tehranla Washington arasındakı diplomatik əlaqələr kəsildi. İnqilabdan sonra qurulan İran İslam Respublikası ABŞ-ı ölkədə casusluq fəaliyyəti aparmaqda ittiham etdi.

Hazırda ABŞ-ın Tehrandakı səfirliyi binasının bir hissəsi muzeyə çevrilib.

Fotolar Getty Image agentliyinə məxsusdur.