Çinin 70 illiyi: Honq Konqdakı bu səhnələri 1.4 milyard çinli görə bilmir

honkonq

Şəklin mənbəyi, AFP

Bugün Çin Xalq Respublikasının yaranmasının 70 illiyi hərbi paradla qeyd olunur. Honkonqda isə insanlar Çinə qarşı kütləvi etirazlar keçirir.

BBC müxbiri Tessa Wong Honq Konqdan bildirir ki, hazırda polis etirazçıları saxlayaraq avtomobillərə doldurur.

Bakı vaxtilə saat 12:00-a olan məlumata əsasən 18-52 yaş arasında 15 nəfər xəstəxanaya çatdırılıb, yaralılardan birinin vəziyyəti kritikdir.

Hong Kong polisi BBC-ə bildirib ki, bir etirazçı sinəsindən güllə ilə vurulub. Bu, iyun ayından bəri baş vermiş ilk belə haldır.

Honq Konqda etirazlar bir neçə yerdə baş verib. Milli Gündə Pekin əleyhinə etirazlar Honq Konq üçün qeyri-adi hal deyil, lakin aylardır davam edən iğtişaşlardan sonra polislə etirazçılar arasında münasibətlər xeyli kəskinləşib.

Bu nümayişlərdə etirazçılar polisə qarşı Molotov kokteyli və kərpiçdən istifadə edib. Bu toqquşmalar Çindəki bayram əhval-ruhiyyəsinə kölgə salıb.

Etirazçılar və polis
Şəklin alt yazısı, Polis etirazçıları saxlayıb aparırlar
honkonq

Lakin Çinin 1.4 milyard əhalisi Honq Konqda nə baş verdiyini görmür.

Çin mediası üzrə təhlilçi Kerry Allen-in qeyd etdiyi kimi, Çin və Honq Konqda media mühiti tamamilə fərqlidir.

Honq Konqda tam mətbuat azadlığı mövcuddur və buna görə istifadəçilər şəhərin hər yerində baş verən nümayişlərin canlı yayımlarını və polislə etirazçılar arasındakı toqquşmanı izləyirlər.

Lakin Çində medianın iş qaydası tamamilə fərqlidir Çin dünyanın ən güclü nəzarət edilən media mühitlərindən birinə sahibdir. Bütün televiziya yayımçıları dövlətin ixtiyarındadır və bugünkü bayram tədbiriylə bağlı məlumat axınının məzmuna ciddi nəzarət edilir.

Pekin hökuməti bayram günündə hər hansı bir çaşqınlığın yaranmasını istəmir və həssas hesab etdiyi məzmunu senzuralayır.

Çin TV-ləri
Şəklin alt yazısı, Solda: Honkonqda baş verənlər. Sağda: Çin teleziviyalarının göstərdikləri

1949-cu il oktyabrın 1-də Çinin Kommunist rəhbəri Mao ÇXR-in qurulduğunu elan edib.

Müasir Çin o vaxtdan bəri böyük sürətlə inkişaf edib, lakin eyni zamanda Çin dünyanın ən çox məhdudiyyətləri olan dövlətlərindən biridir.

honkonq

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Şüarda yazılıb: "Qatil üçün doğum günü?"
honkonq

Şəklin mənbəyi, AFP

honkonq

Şəklin mənbəyi, AFP

honkonq

Hərbi parad Pekinin Tiananmen meydanında keçirilib.

Paradda nüvə başlığı daşıyan gəmi əleyhinə ballistik raketlər, tanklar, zirehli birləşmələr, pilotsuz təyyarələr və hətta pilotsuz sualtı avtomobil də nümayiş olunub.

Tədbirlərin sonunda 70 min şar və 70 min göyərçin göyə buraxılıb.

Çində 70 illik parad

Şəklin mənbəyi, Reuters

Prezident Xi və sabiq yüksək vəzifəlilər tədbiri izləyib

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Prezident Xi və sabiq yüksək vəzifəlilər tədbiri izləyib
Çin əsgərləri

Şəklin mənbəyi, Reuters

hərbi parad

Şəklin mənbəyi, CGTN

hərbçilər

Şəklin mənbəyi, CGTN

hərbiçilər

Şəklin mənbəyi, CGTN

etnik qrupları

Şəklin mənbəyi, CGTN

Şəklin alt yazısı, Paradda etnik qruplar da nümayiş etdirilib