You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Roma Papası ənənəvi bazar günü messasına niyə gecikdi?
Roma Papası Francis Vatikanda liftdə ilişib qalaraq hər həftənin bazar günü keçirilən messaya yubanıb.
O buna görə onun dualarını dinləməyə gələnlərdən üzr istəyib.
82 yaşlı Papa Francis elektrik kəsintisinə görə 25 dəqiqə liftdə qalıb.
Onu bu vəziyyətdən yanğınsöndürənlər xilas ediblər.
"Yubandığıma görə üzr istəməliyəm", - gülümsəyən Roma Papası duasına başlamazdan əvvəl deyib.
Daha sonra pontifik camaatdan yanğınsöndürənləri alqışlamağı xahiş edib.
Papa Francis-in sözlərinə görə, liftin dayanmasına "elektrik gərginliyinin azalması" səbəb olub.
"Nə yaxşı ki, yanğınsöndürənlər özlərini çatdırdı. Mən onlara təşəkkür edirəm, onlar 25 dəqiqəyə lifti yenidən işə sala bildilər", - pontifik deyib.
Papa Francis-in yubanması Roma Papasının bazar messasını canlı yayımda göstərən İtaliya televiziya kanallarını təşvişə salıb - onlar yubanmanın səbəbinin pontifikin səhhətiylə bağlı ola bilməsindən şübhələnib, AFP xəbər agentliyi qeyd edib.