Britaniya: Parlamentin fəaliyyətinin dayandırılmasına etirazlar - video

Videonun alt yazısı, Londonda Whitehall küçəsində nümayişçilərə "Boris Johnson, utan" şüarı səsləndiriblər.

Böyük Britaniyada Baş nazir Boris Johnsonun Brexit-ə qədər Parlamentin fəaliyyətini dayandırması qərarına qarşı nümayişlər keçirilir.

Minlərlə etirazçı London, Manchester, Leeds, York və Belfast da daxil olmaqla, müxtəlif şəhərlərdə küçələrə çıxıb.

Londonda Whitehall küçəsində nümayişçilər "Boris Johnson, utan" şüarı səsləndiriblər.

Baş nazirə dəstək göstərən kiçik nümayişçi qrup da Westminster-ə gəlib.

Çərşənbə günü cənab Johnson Kraliça II Yelizavetadan Parlamentin fəaliyyətini dayandırmasını istəyib. Bu qərar millət vəkilləri və "müqaviləsiz Brexit" əleyhdarlarının qəzəbinə səbəb olub.

Mançesterdə etirazlar

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Mançesterdə etirazlar
Whitehall küçəsində minlərlə insan etirazlara çıxıb

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Whitehall küçəsində minlərlə insan etirazlara çıxıb
York şəhərində etirazlar
Şəklin alt yazısı, York şəhərində etirazlar
Nottingham-da etirazlar
Şəklin alt yazısı, Nottingham-da etirazlar

Edinburgh, Cambridge, Exeter, Glasgow, Birmingham də daxil olmaqla, 30-dan çox şəhərdə etirazların təşkil olunacağı gözlənilir.

Oxford şəhərində plakatlar tutan dəstələr cənab Johnson-un təhsil aldığı Balliol Kollecinin qarşısında toplaşıb.

"Çevrilişi dayandır" adlı etirazlar, "Başqa Avropa Mümkündür" adlı Brexit əleyhdarı olan bir təşviqat qrupu tərəfindən təşkil edilir.

Baş nazirin iqamətgahı, Downing Street-də etirazçılar

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Baş nazirin iqamətgahı, Downing Street-də etirazçılar